Icma.az
close
up
RU
BP nin Füzuli yubileyinə töhfəsi

BP nin Füzuli yubileyinə töhfəsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın neft-qaz sektorunda reallaşdırılan önəmli layihələrin operatoru olan BP şirkəti xalqımızın mədəni irsininin qorunmasına və təbliğinə də mühüm töhfələr verir. Dünya poeziyasının zirvələrindən biri olan, insanın hiss və duyğularının dərinliyini poeziya dilində bənzərsiz ifadə etmiş qüdrətli söz ustası Füzuli haqqında iki cildlik kitab da məhz belə xidmətin nümunəsidir.

Dünən Bakı Muğam Mərkəzində dahi şairin 530 illik yubileyinə həsr olunmuş sənət əsərlərinin ilk toplusunun təqdimatı keçirilib. Ölməz Füzulinin zəngin ədəbi irsindən söhbət açan natiqlər bildiriblər ki, yeni nəşr edilmiş kitab Füzuliyə həsr olunmuş bütün şeirlər, poemalar, romanlar, pyeslər və hekayələrdən, eləcə də onun müxtəlif dövrlərdə fərqli rəssamlar tərəfindən yaradılmış çoxsaylı portretlərindən və əsərlərinə çəkilmiş illüstrasiyalardan ibarət geniş və hərtərəfli materiallar toplusudur. Qeyd olunub ki, Məhəmməd Füzuli məhəbbət, mistika, insan ruhu və varlığı mövzularını elm, sənət, məntiq və poetik təxəyyül elementləri ilə təkrarsız şəkildə birləşdirmək bacarığı ilə misilsiz və ölməz ədəbi irs yaratmışdır. Bu irs müxtəlif dövrlərdə bir çox şairləri, yazıçıları, musiqiçiləri və rəssamları cəlb edərək onun haqqında ədəbiyyat, musiqi və incəsənətin müxtəlif sahələrində əsərlər yaratmağa ruhlandırmışdır.

Təqdimat mərasimində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli poeziya nəhəngi Füzuliyə aid əsərlərin hərtərəfli və əhatəli toplusu olan bu nəfis nəşri təqdim etməkdən məmnunluğunu ifadə edərək deyib: “Füzulinin poeziyası emosional dərinliyi və ifadə gücü ilə nəsilləri heyran etmiş və onlara təsir göstərmişdir. Bu gün də onun şeirləri ruhumuza toxunaraq poetik ifadənin misilsiz gücü və qüdrəti, mistik metaforalar və simvollardan istifadə bacarığı ilə bizi heyrətləndirir. Füzulinin əsərləri təkcə mükəmməl ədəbiyyat nümunələri deyil, eyni zamanda, insan ruhunun və onun fəlsəfi və emosional mürəkkəbliyinin dərinliklərinə nüfuz etmək gücünün təcəssümüdür. Ölməz şairin yubiley tədbirlərinə bu kiçik töhfəni verməkdən həqiqətən qürur duyuruq və inanırıq ki, bu nəşr Füzulinin dünya poeziyasında müstəsna mövqeyini vurğulayan, onun parlaq poetik dühasını daha geniş tanıdan dəyərli bir mənbə olacaq. Ədəbiyyat və incəsənət var olduqca, Füzuli irsi daim ehtiramla oxunacaq və araşdırılacaq.”

Xatırladaq ki, 1140 səhifəlik bu nəşrə Füzuli haqqında və ya ona həsr olunmuş 220-dən çox ədəbi əsər – 186 şeir, 7 poema, 13 pyes, 13 hekayə, 2 roman, eləcə də orta əsrlərdən bəri Füzuli əsərlərinə çəkilmiş miniatür illüstrasiyalar da daxil olmaqla, 100-ə yaxın milli və beynəlxalq rəssam tərəfindən yaradılmış 226 portret və rəsm əsəri daxil edilib.

Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in icraçı etdiyi layihəyə 71 min manat xərclənib. Həmin vəsait isə, əsasən, məzmunun toplanması və çap xərclərinə sərf olunub. Kitab Azərbaycanın aparıcı kitabxanalarına, müvafiq akademik və tədqiqat institutlarına, eləcə də universitetlərə BP-nin hədiyyəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Mart 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see224

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see222

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see221

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see217

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see210

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see208

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see205

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see201

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see187

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see184

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see184

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see182

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see176

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see170

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see168

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see168

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see167

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see166

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see163

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri