Icma.az
close
up
RU
bp nin Azərbaycan elminə növbəti töhfəsi

bp nin Azərbaycan elminə növbəti töhfəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

bp şirkəti ölkəmizdə təhsilə, uzunmüddətli potensialın inkişafına və enerji keçidinə dəstək məqsədilə daha bir sosial sərmayə layihəsini uğurla tamamlayıb. Layihə çərçivəsində şirkət gələcəyə yönəlmiş 3 kitabın Azərbaycan dilində nəşrinə dəstək verib.

Təşəbbüs Azərbaycan dilində yeni bir kitabın hazırlanmasını və nəşrini, həmçinin beynəlxalq səviyyədə tanınmış 2 kitabın Azərbaycan dilinə tərcüməsini və nəşrini əhatə edib. Layihə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyi tərəfindən icra həyata keçirilib.

“Açıq elmi öyrənmək üçün 12 modul” adlı yeni kitab açıq elmin əsas prinsiplərini və tətbiqini, o cümlədən açıq çıxış və tədqiqat məlumatlarından məsuliyyətli istifadə məsələlərinə həsr olunub. Nəşrin əsas məqsədi açıq elm sahəsində qlobal qabaqcıl təcrübə barədə anlayışı genişləndirmək, təhsil və tədqiqat prosesində açıq məlumatlardan istifadəni təşviq etmək, həmçinin tədqiqatçıların məlumatların açıqlanması və qorunması məsələlərində düzgün istiqamət tapmasına kömək etməkdir.

Kitab Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri İlqar Orucov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi Ruslan Rəhimli və beynəlxalq əmək bazarı üzrə ekspert və tədqiqatçı Manuela Hargassner-Delpos tərəfindən hazırlanıb.

Helqa Nouotninin müəllifi olduğu “Biz süni intellektə güvənirik: Güc, illüziya və proqnozlaşdırıcı alqoritmlərə nəzarət” adlı kitabın Azərbaycan dilinə tərcümə olunmuş nəşrində proqnozlaşdırıcı alqoritmlərin və süni intellektin gələcək, qeyri-müəyyənlik və nəzarət anlayışlarına təsirini təhlil edir. Kitab süni intellektin sosial, etik və institusional təsirlərini araşdırır, texnosentrik yanaşmaların məhdudiyyətlərini və qeyri-müəyyənliyin qəbul edilməsinin vacibliyini önə çəkir. Nəşrin məqsədi Azərbaycanın elmi və akademik ictimaiyyəti arasında süni intellekt mövzusunda məlumatlı müzakirələri təşviq etməkdir.

Daniel J.Fiorinonun müəllifi olduğu “Təmiz enerjiyə keçid: Aşağı karbonlu dünya üçün siyasətlər və strategiyalar” adlı kitabın Azərbaycan dilinə tərcümə olunmuş nəşri isə təmiz enerji keçidi üçün tələb olunan texnologiyalar, strategiyalar və siyasi çağırışlar barədə ümumi məlumat təqdim edir. Kitabda əsas diqqət enerjidən səmərəli istifadə, bərpaolunan enerji mənbələri, elektrikləşdirmə və digər aşağı karbonlu həllər üzrə dekarbonizasiya yollarına yönəlib. Bu sahədə güclü ictimai və siyasi çərçivələrin vacibliyini vurğulayan nəşr enerji strategiyaları və dayanıqlılıq sahələri ilə maraqlanan tələbələr, tədqiqatçılar və mütəxəssislər üçün nəzərdə tutulub.

Yeni nəşrlərin təqdimatına həsr olunmuş mərasimdə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanda təhsilin inkişafına və bilik mübadiləsinə dəstək həmişə bp-nin sosial təşəbbüslərinin əsas istiqamətlərindən biri olub. Bu gün təqdim edilən nəşrlər müxtəlif mövzuları əhatə etsə də, vacib olan məqam onların elm, enerji və texnologiya sahələrində davamlı və məsuliyyətli inkişafın təmin edilməsi ilə müasir dünyanın əsas çağırışlarına cavab yollarını əhatə etməsidir.

Bu kitabların nəşrinə dəstək verməkdə məqsədimiz açıq elm, süni intellekt və təmiz enerji sahələrində qlobal düşüncəyə çıxışı genişləndirmək, yerli tədqiqatçıların, tələbələr, eləcə də ictimai və siyasi fikir adamlarının yeni ideyalarla tanış olmasına şərait yaratmaq, elmi potensialı gücləndirmək və gələcəyimizi formalaşdıran texnologiyalar və strategiyalar ətrafında məlumatlı müzakirələri təşviq etməkdir”.

Layihənin ümumi dəyəri bir yeni kitabın hazırlanması və nəşri, eləcə də iki beynəlxalq kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri də daxil olmaqla 152 min 938 manat (90 min ABŞ dolları) təşkil edib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2026 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri