bp şirkəti müqavilədən niyə imtina edir? Qalmaqal
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda əcnəbi iş adamı Kevin Robertsin direktoru olduğu “Hidroserv” şirkəti “Starechı Marketing Grup” MMC şirkəti ilə bağladığı müqavilənin öhdəliklərinə əməl etmir və qarşı tərəfə olan borcunu bağlamır.
Mia.az-ın məlumatına görə, bu barədə Gununsesi.info-ya müraciət edən “Starechı Marketing Grup” MMC şirkətinin rəhbəri Təranə Hüseynoğlu bildirib.
Onun sözlərinə görə, bp-nin tərəfdaşı olan Kevin Robertsin bu əməli ilə dünyada nüfuzu ilə seçilən bu şirkətin də imicini korlamaqla məşğuldur:
“Onlar bp-nin podratçısıdır. Bizlə də müqavilə bağlayıblar. Müqavilələrinin şərtinə görə ümumi 8000 AZN ödəniş olunmalı idi. İş başlayanda 4000 AZN, iş bitdikdə isə qalan 4000 AZN ödəməli idilər. Amma şirkətin direktoru Kevin Roberts bizim ödənişimizi bu günə kimi həyata keçirməyib. İcraçı olaraq biz inventarım sayımını həyata keçirməyimizə baxmayaraq, bizim Kevin Roberts tərəfindən dələduzluqla üzləşirik. Artıq 1 ilə az qalır ki, biz pulumuzu ala bilmirik.
Şirkətin mühasibi Ayxan bəyə dəfələrlə telefon açsaq da, lakin o bizim telefonlarımıza ya cavab vermir, verən də isə ” şirkətin direktoru mənə ödəniş etməməyi əmr edib” deyir. Artıq 8 ay olacaq ki, bizim ödənişimiz Kevin Roberts tərəfindən saxlanilib. Azərbaycanda yerləşən kiçik biznes sahibkar olaraq mənim hüquqlarım Hidroserv şirkətinin olan direktoru Kevin Roberts tərəfindən tapdalanır. Xahiş edirəm mənə köməklik göstərəsiniz”.
“Hidroserv” şirkətinin Ayxan adlı mühasibi isə Gununsesi.info-nun sorğusuna cavab olaraq deyib ki, ortada rəsmi müqavilə olsa da, amma bu müqavilədən Kevin Robertsin xəbəri yoxdur: “Düzdür, möhürlü müqavilə var. Amma onu “kim tərtib edib” kimi suallarımız var. Orada bəzi prosedurlar var ki, yazılmayıb. Biz bunun üzərində işləyirik. Direktorumuz da məlumatlıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 29 Dekabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















