Icma.az
close
up
RU
“İlğım” şirkəti ilə bağlı daha bir QALMAQAL: İşçilər üsyan edir…

“İlğım” şirkəti ilə bağlı daha bir QALMAQAL: İşçilər üsyan edir…

News24 saytına istinadən Icma.az xəbər verir.

Bakıda fəaliyyət göstərən “İlğım” şirkətindən bir qrup şəxs narazıdır. 

Məsələ ilə bağlı “Yeni Sabah”ın redaksiyasına şikayət daxil olub. Bildirilir ki, şirkət heç bir əsas olmadan bir neçə sürücünü işdən azad edib. Şikayətçilərin sözlərinə görə, onların əmək müqaviləsinə xitam verilmədiyi halda işdən çıxarıldıqları bildirilib. İşdən azad olunanların arasında xeyli sayda Vətən Müharibəsi qazisinin də olduğu bildirilir.

Onların iddiasına əsasən, şirkət tərəfindən nə maaş, nə də təzminat ödənilib. İşçilərə Sabirabada ezam olunmaq və orada işləmək təklif edilib, lakin sürücülər ailə vəziyyətlərini əsas gətirərək bunu qəbul etməyiblər. Şikayətçilər arasında 7 il şirkətdə çalışan qazi atası da var. Onlar haqlarını tələb edir və bu məsələyə müvafiq qurumların müdaxilə etməsini istəyirlər.

Məsələyə aydınlıq gətirmək üçün “İlğım” şirkəti ilə əlaqə saxladıq. Müəssisənin rəhbəri Nəzir Mənsimov saytımıza açıqlamasında bildirdi ki, işçilərə alternativ iş təklif olunub, lakin onlar bunu qəbul etməyiblər:

"Sürücülərə başqa iş təklif olunub, ancaq onlar bundan imtina ediblər. Onların arasında ciddi məsuliyyətsizlik edənlər də var. İddia etdikləri səbəblər isə əsassızdır. Təklifi qəbul etmədikləri üçün əmək müqavilələrinə xitam verilib".

Nəzir Mənsimov əlavə edib ki, sürücülərin hər hansı əraziyə ezam olunmaları ilə bağlı əmək müqaviləsində heç bir göstəriş qeyd olunmayıb.

Bəs qanun bu barədə nə deyir?

Əmək müqaviləsində ezamiyyət (komandirovka) ilə bağlı hər hansı bir qeyd yoxdursa, bu, işçinin ezamiyyətdən imtina etməsi üçün əsas ola bilər. Lakin bu halın işçinin əmək müqaviləsinə xitam verilməsinə səbəb olub-olmayacağı bir neçə amildən asılıdır. Əgər işçinin vəzifə təlimatlarında və ya daxili qaydalarda ezamiyyətə getmək tələbi varsa, o zaman işçi bundan imtina etdikdə əmək funksiyasını yerinə yetirmədiyi hesab edilə bilər. Bu halda işəgötürən əmək müqaviləsinə xitam verə bilər. 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçi ilə bağlanan əmək müqaviləsində ezamiyyət məsələləri tənzimlənməlidir. Əgər müqavilədə və ya daxili nizamnamələrdə ezamiyyətə dair hər hansı tələb yoxdursa, işçidən bunu tələb etmək qanuni əsas daşımaya bilər. Müqavilədə işçinin ezamiyyətə göndərilməsi ilə bağlı açıq şəkildə qeyd olunmasa da, işəgötürənə bu səlahiyyətin verildiyini göstərən ümumi ifadələr (məsələn, "işəgötürənin göstərişi ilə digər yerlərdə işləmək" kimi) varsa, işəgötürən bunu əsas götürə bilər.

Əgər işçinin ezamiyyətdən imtinası əsaslandırılmış səbəblərlə (məsələn, sağlamlıq vəziyyəti, ailə vəziyyəti və s.) bağlıdırsa, işəgötürən bu halda işçiyə qarşı əmək müqaviləsinin pozulması ilə bağlı tədbirlər görə bilməz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri