Icma.az
close
up
RU
Braziliyada Azərbaycanla bağlı xüsusi reportaj yayımlanıb

Braziliyada Azərbaycanla bağlı xüsusi reportaj yayımlanıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 24 may, AZƏRTAC

COP29 ərəfəsində Azərbaycana səfər etmiş Braziliyanın məşhur “O Globo” xəbər agentliyinin müxbirlərinin ölkəmizə həsr olunmuş 2 hissədən ibarət xüsusi reportajı 16 və 23 may tarixlərində geniş yerli auditoriya üçün ən nüfuzlu səyahət verilişi olan “Globo Repórter”in növbəti seriyası kimi yayımlanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Reportaj iki verilişdə yayımlanıb. Bu iki proqramda “TV Globo”nun Londondakı müxbiri, Murilo Salviano özünün qeyd etdiyi kimi “Kökü odda olan, Avropa ilə Asiyanı birləşdirən, sərvət və sirlərlə dolu bir diyar - Azərbaycan”ın paytaxtı Bakı, habelə Şəki, Gəncə, Basqal kimi bölgələrimizə səyahət edib və xalqımızın adət-ənənələrini, mədəniyyətini, müasirliyini, tolerantlığını, inkişafını və zəngin ləzzətlərini ortaya qoyub.

Xüsusi reportajda müxbir UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçəri Şəhər, həmçinin Qobustan və Şahdağ milli parkları, Şəki Xan Sarayı, o cümlədən palçıq vulkanı, muğam sənəti, baramaçılıq və ipəyin əldə edilməsi, kəlağayı hazırlanması və milli mətbəximizin ləziz təamları barədə tamaşaçılara ətraflı məlumat verib.

Veriliş Braziliya ictimaiyyətində geniş marağa səbəb olub, reportaj bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə yayılıb. 50 yaşı olan veriliş Braziliyada ən çox izlənilən proqramlardandır. Həftə sonunda efirə verilən veriliş minlərlə ailəni ekran başına yığır, braziliyalıları səyahət etməyə sövq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri