Ferstappen Braziliyada xüsusi dəbilqə ilə yarışacaq
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Red Bull”un pilotu Maks Ferstappen həftəsonu keçiriləcək Braziliya mərhələsi üçün xüsusi dəbilqə hazırlatdırdığını bildirib:
“Dünya çempionatının növbəti mərhələsi üçün xüsusi Braziliya dəbilqəsi hazırlatdırmışam. Braziliya zəngin tarixə və çoxlu şəxsi xatirələrə malik yerdi. Mən ənənəvi parlaq rənglər seçmişəm”.
Maraqlıdı ki, niderlandlı sürücünün qız dostu Kelli Kille braziliyalıdı. Ferstappen əvvəllər, yəni 2019, 2023 və 2024-cü illərdə Braziliya mərhələsinin qalibi olub. Cari mövsümdə isə o, 20 mərhələdən sonra 321 xalla 3-cü pillədə qərarlaşıb.
Baxış sayı:97
Bu xəbər 16 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















