Braziliyanın keçmiş prezidentinə qarşı cinayət işi açılacaq
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Braziliya Federal Ali Məhkəməsi hazırkı Prezident Luis İnasiu Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün 2022-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə keçmiş prezident Jair Bolsonaruya qarşı cinayət işinin açılmasına qərar verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu qərarı məhkəmənin "YouTube" kanalında yayımlanan iclasda sədr Kristian Sanin oxuyub.
"Respublika Baş Prokurorluğunun Jair Bolsonaruya qarşı qaldırdığı iddia yekdilliklə qəbul edilib", - məlumatda bildirilib.
Bolsonarudan başqa daha yeddi nəfərə qarşı ittiham irəli sürülüb.
İş üzrə bütün təqsirləndirilən şəxslər hüquqi demokratik quruluşun zorakılıqla ləğv edilməsinə cəhd, dövlət çevrilişi, cinayət törətmək məqsədi ilə əlbir olma, əmlaka və mühafizə olunan mədəni irs obyektlərinə zərər vurmaqda ittiham olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 27 Mart 2025 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















