Braziliyanın sabiq prezidentinə xarici rəsmilərlə ünsiyyət qadağan edilib
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Braziliya Federal Polisi bu gün sabiq Prezident Jair Bolsonarunun iqamətgahında və onun başçılıq etdiyi Liberal Partiyanın qərargahında axtarışlar aparıb.
Bu barədə “Report” CNN-ə istinadən məlumat verir.
Mənbə bildirir ki, axtarış zamanı polis əməkdaşları müəyyən edilməmiş məbləğdə ABŞ dolları müsadirə edib, Bolsonarunun elektron qolbaq taxması və xarici rəsmilərlə ünsiyyət qurmaması ilə bağlı qərar qəbul edilib.
Bolsonaru 2022-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini ləğv etmək məqsədilə sui-qəsd təşkil etməkdə ittiham olunub. Əgər sabiq prezidentin təqsiri sübuta yetirilərsə, o, 40 ilədək azadlıqdan məhrum edilə bilər. Bolsonaru təqsirini inkar edir.
Axtarışlar ABŞ Prezidenti Donald Trampın braziliyalı həmkarı Luis İnasiu Lula da Silvanı keçmiş prezidentə qarşı cinayət prosesini dayandırmağa çağırdığı və yüksək rüsumlar tətbiq etməklə hədələdiyi bir vaxtda baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 İyul 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















