Bred Pitt gənc sevgilisi ilə evlənmək istəmir
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hollivud aktyoru Bred Pitt zərgərlik məmulatları dizayneri İnes de Ramonla evlənmək fikrində deyil.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Page Six" nəşri cütlüyün çevrəsindəki mənbəyə istinadla məlumat yayıb.
İnsayderin sözlərinə görə, İnes sənətçinin ailəsi ilə son dərəcə yaxındır və onun qohumları ilk gündən onu qucaq açıb qarşılayıb, onu ailə üzvü hesab edirlər.
"Lakin İnesin hamı ilə bu qədər yaxın olmasına baxmayaraq, Bredin evlənmək planı yoxdur",- nəşrin həmsöhbəti əlavə edib.
O, 33 yaşlı dizaynerin 62 yaşlı Pittin qohumları - onun qardaşı və bacısı, bacısı qızları və qardaşı oğulları ilə mütəmadi əlaqə saxladığını və vaxt keçirdiyini, ailə tədbirlərinə qatıldığını, yazışdığını və onların hər biri ilə ayrı-ayrılıqda tanış olmağa səy göstərdiyini bildirib.
"O, saatlarla oturub hamı ilə gülüşüb zarafatlaşa bilir və belə bir mühitdə özünü tamamilə rahat hiss edir. Bu, heç də süni görünmür", - deyə o dəqiqləşdirib.
Xatırladaq ki, Pitt və de Ramon 2022-ci ildən görüşürlər. O, 2016-cı ildə özündən əvvəlki həyat yoldaşı, aktrisa Ancelina Colidən ayrılıb.
Bu yaxınlarda Bred Pittin keçmiş həyat yoldaşı aktyora görə sevgilisi ilə dalaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 27 İyun 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















