Heç kimi komandanın beyni adlandırmırıq Breno Almeyda
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Bu ilin fevralında "Neftçi"nin heyətinə qoşulan Breno Almeyda komandaya uyğunlaşma prosesi və klubda çıxışı barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan oyunçu Azərbaycandakı ilk günlərində yaşadığı çətinliklərdən və adaptasiya dönəmindən bəhs edib:
"İlk günlər biraz çətin oldu. Çünki kiprdən Azərbaycana gələndən sonra çox şey dəyişir. Buna baxmayaraq tanrının və həyat yoldaşımın köməyi ilə uyğunlaşmağım daha sürətli keçdi".
Daha sonra baş məşqçinin oyun fəlsəfəsinin ona müsbət təsiri barədə danışan Almeyda komanda daxilindəki bərabərlik prinsipini xüsusi vurğulayıb:
"Güclü cəhətlərimdən biri də keçid fazalarından yaxşı istifadə etməkdir. Düşünürəm güclü tərəfimi daha yaxşı istifadə edə bilməyimdə baş məşqçimizin futbol fəlsəfəsi mənə kömək edir. Heç kimi komandanın "beyni" adlandırmırıq. Çünki komanda deyəndə hamı bərabər hesab olunur. Hamımız eyni dərəcədə çıxış etməliyik ki, uğur qazanaq".
Müsahibənin daha ətraflı videosunu təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 02 İyun 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















