Brent nefti 83 dollara düşdü
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qlobal enerji bazarlarında neftin qiyməti Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilər fonunda eniş nümayiş etdirib.
Modern.az xəbər verir ki, Londonun “ICE” birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 4,03 dollar və ya 4,61 faiz azalaraq bir barel üçün 83,30 dollara düşüb.
ABŞ-ın “Nymex” birjasında isə WTI markalı neftin iyul fyuçersləri 4,32 dollar və ya 5,09 faiz ucuzlaşaraq 80,56 dollar/barel səviyyəsində qərarlaşıb.
Ekspertlər qiymət enişini Yaxın Şərqdə vəziyyətin nisbətən sabitləşəcəyi ilə bağlı gözləntilər və bazar iştirakçılarının risk amillərini yenidən qiymətləndirməsi ilə əlaqələndirirlər.
Qeyd edək ki, son günlər regionda baş verən hadisələr səbəbindən neft qiymətlərində kəskin artım müşahidə olunmuşdu. Hazırda isə geosiyasi risklərin azalması enerji bazarlarında satışların güclənməsinə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 İyun 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















