İrandan dünyaya nüvə mesajı: Buna hazırıq
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran qərar veriləcəyi təqdirdə, xüsusilə də ölkənin ali rəhbəri bunu zəruri hesab edərsə, ən qısa müddətdə nüvə silahı istehsal edə bilər.
Bu barədə İran parlamentinin deputatı İsmayıl Kövsəri ABŞ-də keçirilən seçkiyə həsr olunmuş analitik sessiyada çıxışı zamanı bildirib. Məlumatı SNN agentliyi yayıb.
Deputat bildirib ki, İranın nüvə silahlarının yayılmaması haqqında müqavilə ilə bağlı xüsusi problemi yoxdur və hələlik bu sənəddən çıxmaq üçün səbəb görmür. Bununla belə, onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) fəaliyyətinin heç bir faydası yoxdur.
"Əgər faydası olsaydı, ən azı 12 günlük müharibə zamanı üç nüvə obyektimizi bombalayan ABŞ-ni qınamalı idi. İkincisi, BAEA-nın öz qayda və qanunlarına əsasən, onlar mühakimə olunmalı idilər", - deyə Kövsəri bildirib.
///oxu.az
Baxış sayı:135
Bu xəbər 10 Noyabr 2026 04:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















