Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” EKSKLÜZİV/VİDEO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq artisti Brilliant Dadaşova müğənni Hadise ilə bağlı fikirlərinə aydınlıq gətirib.
Bizim.Media-nın məlumatına görə, bu barədə sənətçi TikTok-un canlı yayımında danışıb.
Dadaşova deyib ki, Hadisenin azərbaycanlı xanımlarla bağlı çıxışında “abartı” sözü xoşuna gəlməyib:
“Onlarda “abartma” sözü həddini aşma mənasındadır, yaxşı söz deyil. Onun “abartı” sözü xoşuma gəlmədi. Yoxsa gedin konsertinə, izləyin, istəyirsiz o sizi yesin, ya da siz onu yeyin. Mənim üçün fərqi yoxdur. Onsuz da onu müğənni hesab etmirəm. Səhnədə qəşəngdir, qısa geyinir, oynayır. Oynamağına baxmaq olar, oxumaqdan söhbət gedə bilməz. Mən musiqiçiyəm, mənim üçün o oxumaq deyil. Necə ki, sizin öz fikrinizi demək ixtiyarınız var, mən də öz fikrimi bildirdim”.
Qeyd edək ki, Hadisə Bakı Konqres Mərkəzində baş tutan konsertində “Səhnə makiyajımı özüm edirəm. Bu gecə dedim ki, bir az çox edim. Azərbaycan qadınları makiyajı çox sevir. Çünki sizlərin makiyajına heyranam” fikirlərini səsləndirib.
B. Dadaşova isə sosial şəbəkədə bununla bağlı paylaşıma (@show_news) tənqidi şərh yazıb.
O, "Artıq səhnələrdə musiqidən başqa hər şey müzakirə olunur" sözlərini yazıb. Müğənni onu tənqid edənlərə “Mən nə yazdığımı və onun əslində nə demək istədiyini çox gözəl bilirəm. Onlar özlərini az makiyajlı Avropa, bizi isə çox makiyajlı əyalət insanları hesab edirlər. Siz bunu yedinizsə, sizə nuş olsun" cavabını verib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:220
Bu xəbər 14 Aprel 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















