Britaniya hökuməti nəqliyyat infrastrukturuna 15 milyard funt sterlinq ayırır
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
London, 4 iyun, AZƏRTAC
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz İngiltərədə nəqliyyat layihələrinə 15 milyard funt sterlinq məbləğində investisiya ayrıldığını elan edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, vəsaitin əsas hissəsi Midlands, şimal və qərbi bölgələrdəki meri olan şəhərlərdə tramvay, qatar və avtobus layihələrinə yönəldiləcək.
Bu açıqlama gələn həftə keçiriləcək dövlət xərcləri icmalından öncə verilib. Həmin icmalda Britaniya hökumətinin müxtəlif departamentlərinə növbəti üç-dörd il ərzində ayrılacaq vəsaitin həcmi müəyyən olunacaq. Yeni investisiya paketinin əsas hissəsini tramvay xətləri təşkil edir. Mançesterə 2,5 milyard funt ayrılacaq ki, bu vəsait Stokport şəhərinə yeni xəttin çəkilməsinə, Bury, Mançester və Oldhamda yeni dayanacaqların əlavə olunmasına sərf olunacaq.
Vest-Midlands bölgəsi də 2,4 milyard funt sterlinq alacaq. Bu vəsait Birminqem mərkəzindən yeni idman kvartalına qədər tramvay xəttinin genişləndirilməsinə yönəldiləcək. Ümumilikdə daha altı meri olan bölgənin də nəqliyyat infrastrukturuna investisiya alacağı bildirilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 04 İyun 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















