Icma.az
close
up
RU
Britaniya Putini məsuliyyətə cəlb etməyin yolunu tapıb…

Britaniya Putini məsuliyyətə cəlb etməyin yolunu tapıb…

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London Donald Trampın etirazlarına baxmayaraq, yaxın gələcəkdə bu təşəbbüsü dəstəkləmək niyyətindədir...

...Britaniya Vladimir Putinin mühakiməsi üçün beynəlxalq tribunalın yaradılmasını fəal şəkildə dəstəkləyir.

…Və yeni məhkəmə üçün əsas kimi Nürnberq məhkəmələri modelini təklif edir.

SİA-nın məlumatına görə, “The Telegraph” yazır ki, London Donald Trampın etirazlarına baxmayaraq, yaxın gələcəkdə bu təşəbbüsü dəstəkləmək niyyətindədir.

…2025-ci ilin mayında Böyük Britaniya Ukraynaya qarşı hərbi təcavüzə görə Rusiyanın yüksək rütbəli nümayəndələrinə qarşı işlərə baxacaq beynəlxalq tribunalın yaradılmasını dəstəklədiyini rəsmən bəyan etmək niyyətindədir.

London müharibənin başlaması və onun nəticələrinə görə Rusiya hakimiyyətinin məsuliyyəti ilə bağlı qəti mövqeyini bildirərək, bu təklifi Avropa Şurasında irəli sürməyi planlaşdırır.

Qərar, belə bir məhkəmə ideyası üçün fəal lobbiçilik edən tanınmış hüquqşünas və London Universitet Kollecində Beynəlxalq Məhkəmələr və Tribunallar Mərkəzinin direktoru Filip Sandsin səyləri ilə mümkün olmuşdur.

O, layihənin həyata keçirilməsində gələcək addımları müzakirə etmək üçün artıq Böyük Britaniyanın baş prokuroru Riçard Hermer ilə görüşüb.

Təşəbbüs ABŞ-ın mövqeyinə baxmayaraq, Böyük Britaniya siyasətçiləri, o cümlədən keçmiş baş nazirlər tərəfindən də dəstəklənib.

…Ukrayna ardıcıl olaraq Rusiyanı bu qeyri-qanuni müharibə aparmaq qərarına görə məsuliyyətə cəlb etməyə çalışıb və Böyük Britaniya bu çağırışı ardıcıl olaraq dəstəkləyib. Beynəlxalq ictimaiyyət bu təcavüz aktının cəzalandırılmasını təmin etməkdə açıq şəkildə qərarlıdır. ABŞ-ın mövqeyi isə ABŞ-ın daxili məsələsidir.

Bunu Britaniya hökumətindəki mənbə nəşrə deyib.

Filip Sands Rusiya Federasiyası tərəfindən törədilmiş təcavüz cinayətlərinin, o cümlədən işğal və işğalla bağlı hərbi cinayətlərin araşdırılması üçün xüsusi məhkəmənin yaradılması təşəbbüsü ilə çıxış edən ilk şəxslərdən biri olub. Bu konsepsiya bir sıra Qərb dövlətləri tərəfindən dəstəklənib və Rusiya liderlərinin təkcə beynəlxalq humanitar hüququn pozulmasına görə deyil, həm də müharibəyə başlamaqla bağlı siyasi qərarlarına görə məsuliyyət daşımasının vacibliyini vurğulayırlar.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Aprel 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri