Britaniya Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı müstəqil araşdırma tələb edib AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
London, 29 dekabr, AZƏRTAC
Britaniya Xarici İşlər Nazirliyi AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı müstəqil araşdırma tələb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
“Fikirlərimiz bu hadisədən təsirlənən bütün insanlarla, o cümlədən həyatını itirənlərin ailə üzvləri və dostları ilədir”, - deyə bəyanatda qeyd edilib.
Həmçinin nazirliyin bəyanatında bildirilib ki, Prezident Vladimir Putinin üzrxahlığı Rusiya dövlətinin məsuliyyətsiz və ehtiyatsız hərəkətlərinin digər ölkələrin maraqlarına və milli təhlükəsizliyinə ciddi və birbaşa təhlükə yaratdığını etiraf etmir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 29 Dekabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















