Icma.az
close
up
RU
Britaniyada gənclər arasında artan psixi sağlamlıq problemləri iqtisadiyyata ağır zərbə vurur

Britaniyada gənclər arasında artan psixi sağlamlıq problemləri iqtisadiyyata ağır zərbə vurur

Icma.az, Azertag portalına istinadən məlumat verir.

London, 5 fevral, AZƏRTAC

Böyük Britaniyada uşaq və gənclər arasında psixi sağlamlıq böhranı ölkə iqtisadiyyatına uzunmüddətli perspektivdə 1,1 trilyon funt-sterlinq dəyərində gəlir itkisi ilə nəticələnəcək.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, araşdırma “Future Minds” adlı yeni psixi sağlamlıq kampaniyasının başlanğıcı çərçivəsində dərc edilib. Araşdırmaya görə, yalnız İngiltərədə hər gün 500-dən çox uşaq psixi sağlamlıq problemləri, xüsusilə də narahatlıq səbəbindən müalicəyə yönləndirilir. Təcili psixi sağlamlıq yardımı üçün müraciət edən uşaqların sayı son bir ildə 10 faiz artıb. Ümumilikdə, hər beş uşaq və gəncdən biri narahatlıq və ya depressiya kimi ümumi psixi sağlamlıq problemləri yaşayır.

Bu vəziyyət məktəbə davamiyyətə, iş imkanlarına və gələcək qazanc potensialına mənfi təsir edir. Uşaq yaşlarında psixi sağlamlıq problemləri yaşayan şəxslər, ümumilikdə, yaşıdlarına nisbətən daha az gəlir əldə edirlər. 2012-2023-cü illər arasında 16-34 yaş arası gənclər arasında psixi sağlamlıq problemləri səbəbindən işsiz qalanların sayı iki dəfə artıb. Araşdırmada vurğulanır ki, 2028-29-cu ilə qədər işlək yaşda olan şəxslərə ödənilən əlillik və iş qabiliyyətsizliyi müavinətlərinə çəkilən xərclər hər il real ifadədə 21 milyard funt-sterlinq artacaq. Gənclər arasında bu müavinət tələblərinin artmasının əsas səbəbi məhz psixi sağlamlıq problemləri ilə bağlıdır.

Bundan əlavə, 2023-24-cü tədris ilində davamiyyətsizliyin yaratdığı iqtisadi itki 1,17 milyard funt-sterlinq təşkil edib. Araşdırma həmçinin göstərir ki, psixi sağlamlıq xidmətlərinə çıxışın gecikməsi və müalicənin gecikdirilməsi ciddi maliyyə yükü yaradır. Uşaq və yeniyetmələrin psixi sağlamlıq xidmətlərinə qəbul üçün gözlədiyi müddət ərzində vəziyyətlərinin pisləşməsi yalnız səhiyyə sistemi (NHS) və digər dövlət qurumlarına ildə 295 milyon funt-sterlinq əlavə xərc yaradır.

Araşdırmanın müəllifləri hökuməti uşaq psixi sağlamlığı böhranının qarşısını almaq üçün təcili və effektiv tədbirlər görməyə çağırıblar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri