Britaniyalı dalğıclar Hörmüz boğazını minalardan təmizləməyə hazırlaşırlar
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 aprel, AZƏRTAC
Böyük Britaniyalı hərbi dalğıclar müvafiq qərar qəbul ediləcəyi təqdirdə Hörmüz boğazında minaları təmizləməyə hazırlıq görürlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri Britaniya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin məlumatına görə, əməliyyatlarda minatəmizləmə və minaların zərərsizləşdirilməsi üzrə təlim keçmiş Kral Dəniz Qüvvələri mütəxəssislərinin iştirakı nəzərdə tutulur.
“Politico” qeyd edir ki, London bununla Körfəzdən keçən əsas keçidin qorunmasına əhəmiyyətli töhfə vermək istəyini nümayiş etdirməyə çalışır. Ötən ay Böyük Britaniya Körfəzə hərbi gəmi və ya minatəmizləmə sistemləri ilə təchiz olunmuş avtonom kommersiya gəmisi göndərməyi nəzərdən keçirdiyini açıqlamışdı.
Bir qədər əvvəl “The Washington Post” qəzeti Pentaqon nümayəndəsinə istinadla yaydığı məlumatda bildirilirdi ki, Hörmüz boğazında minatəmizləmə əməliyyatı altı ayadək çəkə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Aprel 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















