Britaniyanın sabiq dövlət katibi: “Üçüncü Dünya müharibəsi ehtimalı mövcuddur”
Icma.az bildirir, Bizim media portalına istinadən.
“Dünya hazırda daha təhlükəli və narahatedici geosiyasi trayektoriya üzrə irəliləyir”.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə sabiq dövlət katibi Tobias Elvud XIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Çin və Qlobal İdarəçilik Təşəbbüsü” adlı panel müzakirəsində deyib.
O qeyd edib ki, Üçüncü Dünya müharibəsi ehtimalı mövcuddur:
“Elə bir müharibə gözlənilmir ki, İkinci Dünya müharibəsi kimi eyni formada baş versin. Lakin qlobal miqyaslı qarşıdurma ehtimalı var. Əgər biz bunun mümkün olduğunu qəbul etməsək, deməli reallığı inkar edirik və həmin istiqamətə doğru sürüklənirik”.
O, eyni zamanda, vurğulayıb ki, dünya hazırda yeni problemlərlə də üzləşir:
“Enerji qiymətlərinin artması, iqtisadiyyatların enerji ilə təmin olunması, su resurslarının idarə olunması, eləcə də süni intellekt və kvant texnologiyaları kimi sahələrdə üstünlük uğrunda rəqabət dövlətlər arasında yeni qarşıdurma sahələri yaradır.
Bu sahələr üzrə beynəlxalq səviyyədə aydın qaydalar və səmərəli əməkdaşlıq mexanizmləri hələ formalaşmayıb. Dünyanın aparıcı dövlətləri arasında yeni qlobal qaydalar barədə konsensusun olmaması əməkdaşlığın zəifləməsinə gətirib çıxarır və nəticədə qloballaşma prosesinin özü də parçalanma mərhələsinə daxil olur”.
Bizim.Media
Baxış sayı:83
Bu xəbər 13 Mart 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















