Icma.az
close
up
RU
Suriyada Yüksələn Gərginlik: Üçüncü Dünya Müharibəsi Ehtimalı

Suriyada Yüksələn Gərginlik: Üçüncü Dünya Müharibəsi Ehtimalı

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Son günlər Suriyada vəziyyət daha da gərginləşib. Suriyada Əsəd rejimi ölkəyə tam nəzarət edə bilmir. Ölkədə  bir çox qruplaşmalar var və  həmin qruplaşmaları ayrı -ayrı böyük dövlətlər himayə edirlər” 

Bunu Moderator.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.

Politoloqun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd, öz hakimiyyətini qorumaq üçün uzun illərdir ki, Rusiya və İranın dəstəyinə güvənir:

“Rusiya, Suriyanın hava hücumlarından müdafiə sistemlərini gücləndirmək, hava zərbələri ilə Əsəd rejiminə dəstək olmaq və həmçinin hərbi müşavirlər göndərmək yoluyla Suriya ilə sıx əlaqələrini davam etdirir. İran isə regiondakı təsirini artırmaq məqsədilə, əsasən Hizbullah kimi silahlı qrupları dəstəkləyərək, həmçinin özünün hərbi qüvvələrini Suriyaya yerləşdirərək Əsədin yanında yer alır. Bu iki güc, həmçinin özlərinin proksi qüvvələrini dəstəkləyərək Suriya torpaqlarında müxtəlif regionlarda hakimiyyət mübarizəsini davam etdirirlər. Digər tərəfdən, ABŞ və onun müttəfiqləri, xüsusilə YPG/PKK qüvvələri, Suriya şimalında öz təsir sahələrini qorumağa çalışırlar.Suriya Milli Ordusu Əsəd rejiminə qarşı çıxan əsas qüvvələrdən biridir. Bu qüvvələr, əsasən türkmənlər, ermənilər və ərəb döyüşçülərdən ibarətdir və onların əsas məqsədi, Suriyanın Əsədsiz bir gələcəyini qurmaqdır. Onlar Suriyanın gələcəkdəki siyasi düzəninin dəyişməsini və Əsəd rejiminin devrilməsini istəyirlər. Vəziyyət doğrudan da çox gərgindir”.

E.Həsənov qeyd edib ki,  vəziyyətin gərginləşməsi ilə əlaqədar, həm İran, həm də Rusiya ciddi narahatlıqlarını bildirirlər:

“Suriya üzərindəki təsirlərini qorumaq istəyən bu güclər, müvafiq olaraq həm hərbi, həm də siyasi vasitələrdən istifadə edərək vəziyyəti nəzarət altına almağa çalışırlar. Əsədin Moskvaya son səfəri və Vladimir Putinlə apardığı görüş, Suriya probleminin nə qədər mürəkkəb və regiondakı güc nisbətlərinin nə qədər çətin olduğunu bir daha ortaya qoyur. Bu görüşün ardından Rusiya, Suriyada daha çox nəzarət əldə etmək üçün yeni hərbi rəhbərlik təyin etdi və general polkovnik Çaykanı Suriyaya göndərdi. Bu, Rusiya üçün vəziyyətin daha da pisləşdiyini və vəziyyətə ciddi müdaxilə etməli olduğunu göstərir.İran Suriyada öz təsirini qorumağa çalışır və bu məqsədlə regionda diplomatik fəaliyyətini artırıb. İranın xarici işlər naziri son günlərdə Ankaraya səfər edib və burada müzakirələr aparıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, münaqişənin başlanğıcından bəri Suriyada sabitliyi təmin etmək məqsədilə bir neçə dəfə Bəşər Əsədə görüş təklif edib. Ərdoğan bölgədəki gərginliyi azaldacaq, həmçinin Suriyadakı qaçqın məsələsini həll etmək üçün dialoq açmağı istəyib. Lakin Əsəd, bu təkliflərə cavab verməyib və görüşlərdən yayınaraq, diplomatik gərginlikləri daha da artırıb. Suriyada davam edən müharibə artıq yalnız ölkənin daxili məsələsi olmaqla qalmır, həm də bölgə dövlətlərinin və beynəlxalq güclərin maraqlarını əhatə edən bir münaqişəyə çevrilib. Suriyadan gedən  üç milyondan artıq qaçqın Türkiyədə məskunlaşıb. Türkiyə də   sərhəddə yeni bufer zonası yaratmaq istəyir və  Suriya Milli Ordusuna dəstək göstərir. Türkiyənin xarici işlər naziri bildirdi ki, "bizim orada heç bir əlimiz yoxdur", ancaq həmin qüvvələr Türkiyəyə bağlı qüvvələrdir və onlar da artıq şəhərləri azad edirlər". 

Hazırda  Suriyada Rusiya qoşunlarının aktivlik göstərdiyini deyən politoloq bildirib ki, ruslar strateji şəhərləri ələ keçirmək üçün hava hücumları həyata keçirir:

 “Bu, münaqişə bölgələrində, xüsusilə sivil əhali arasında böyük ziyanlara səbəb olur. Rusiya qoşunlarının apardığı intensiv bombardman nəticəsində yalnız döyüşçülər deyil, həm də mülki insanlar həlak olur və yaralanır. Bəşər Əsədin vəziyyəti daha da pisləşib. İraq hökumətinə müraciət edərək, onu tezliklə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdürmək üçün təzyiq göstərib. Əsədin bu tələsik çağırışı, onun artıq öz hakimiyyətini qorumaq üçün çarəsiz olduğunun göstəricisidir. Lakin, bu təklifin qəbul edilməsi artıq gecdir, çünki Əsədin siyasəti və onun yaxın çevrəsi artıq ciddi şəkildə zərbə alıb. Əsədin hakimiyyəti zəifləyib və dayaq strukturları çürüyüb. Əsəd  rejimi daxili və xarici dəstəyi sürətlə azalmaqdadır və onun yaxın zamanlarda hakimiyyətdən devrilməsi gözlənilir. 

Suriyada gedən müharibə, həm də müxtəlif strateji maraqların, ideoloji və iqtisadi güclərin toqquşduğu bir platformadır. Suriyada baş verənlər Üçüncü Dünya müharibəsinin başladığı ehtimalını artırır. Lakin, hazırda vəziyyətin necə inkişaf edəcəyini və hansı dövlətlərin qalib gələcəyini proqnozlaşdırmaq çətindir, çünki bir çox dəyişkən amillər var. Rusiya, Suriyadakı rejimi dəstəkləmək üçün müəyyən hərbi və maliyyə resursları ayırsa da, hazırda Rusiyanın gücü ciddi şəkildə məhdudlaşıb. Bu, xüsusilə Ukrayna müharibəsi ilə əlaqəlidir. Rusiya, öz hərbi qüvvələrinin çoxunu Ukraynada yerləşdirməli olub və bu səbəbdən Suriyaya əlavə hərbi kontingent göndərməkdə çətinlik çəkir. Rusiya, həm Suriyada, həm də Ukraynada eyni anda aktiv olmaqda çətinlik çəkir, çünki hər iki müharibə ona əlavə resurslar və döyüşçülər tələb edir”.

 Politoloq qeyd edib ki, İsrail Suriyada baş verən münaqişə və oradakı regional güclərin qarşıdurmalarını diqqətlə izləyir:

“Suriyada İran və Rusiyanın hərbi iştirakının artması, xüsusən İranın Suriyada möhkəmlənməsi, İsrail üçün ciddi təhlükələr yaradır. İranın Suriyada və ümumilikdə Yaxın Şərqdəki təsirini genişləndirməsi, İsraili potensial təhlükə ilə qarşı-qarşıya qoyur. Bu səbəbdən, İsrail kəşfiyyatı, gələcəkdə Suriyanın güc balansında dəyişikliklər baş verərsə, İranın və Rusiya'nın İsrailə qarşı birləşə biləcəyindən narahatdır. Ancaq indiki dövrdə ağır döyüşlər gedir və buna görə də konkret nə isə demək çətindir”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2024 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see405

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see286

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see246

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see239

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see215

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see195

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see191

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see185

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see181

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see178

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see178

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see177

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see175

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see170

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see168

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see159

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see156

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see154

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see150

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri