Icma.az
close
up
RU
Britni Spirsdən eks ərinin iddialarına cavab

Britni Spirsdən eks ərinin iddialarına cavab

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məşhur müğənni Britni Spirs keçmiş həyat yoldaşı və oğullarının atası Kevin Federlaynın iddialarına cavab verib.

Axşam.az xəbər verir ki, Federlayn "Sən bildiyini düşünürdün" adlı kitabında Spirsin oğulları Şon Preston və Ceyden Ceyms yatarkən əlində bıçaqla içəri daxil olub və onlara baxdığını iddia edib.

Bu açıqlamanın ardınca Spirsin nümayəndələri bəyanat yayaraq "Kevin və başqaları Britni vasitəsilə yenidən gündəmə gəlməyə çalışırlar. Britninin yeganə prioriteti uşaqlarıdır. Bütün bu qalmaqallar arasında yeganə vacib şey onların rifahıdır" sözlərini qeyd ediblər. 

Britni Spirs özü də məsələ ilə bağlı səssizliyini pozub. Müğənni iddialarına görə keçmiş həyat yoldaşını tənqid edib:

"Keçmiş ərim tərəfindən davamlı manipulyasiyaya uğramaq məni çox incidir və bu, çox yorucudur. Həyatım boyu oğullarımla münasibət qurmaq üçün ona yalvardım. Yeniyetmələrlə münasibət qurmaq çətindir. Bu, məni həqiqətən ruhdan saldı. Övladlarımla aramdakı məsafə ataları ucbatından artdı".

Müğənni uşaqlarını son 5 ildə demək olar ki, görmədiyini deyib:

"Onlardan birini cəmi 45 dəqiqə, digərini isə cəmi 4 dəfə görə bildim. Amma mənim də qürurum var. Bundan sonra nə vaxt boş olsam onlara xəbər verəcəyəm. Kitabdakı ağ yalanlar məni çox incidir. İnanın ki, bu hekayədə yaralanan mənəm".

Britni psixi sağlamlıq və pis vərdişlərlə bağlı iddiaları da təkzib edib:

"Məni həqiqətən tanıyanlar bu xəbərlərin yalan olduğunu bilirlər. Mən əslində çox ağıllı bir qadınam və son 5 ildə müqəddəs, şəxsi həyat yaratmağa çalışıram. Bəsdir! İstənilən qadın mənim kimi eyni şeyi edərdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://axsam.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri