Icma.az
close
up
RU
Dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın yeni mərhələsi

Dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın yeni mərhələsi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Respublikasında son illərdə həyata keçirilən hərtərəfli institusional və hüquqi islahatlar dövlət aparatının effektivliyinin artırılması, bürokratik əngəllərin aradan qaldırılması və korrupsiyaya şərait yaradan halların köklü şəkildə qarşısının alınması məqsədi daşıyır”. Bu fikirləri XQ-yə Milli Məclisin deputatı Kamran Bayramov bildirib. 

Deputat bildirib ki, bu kontekstdə "Maraqlar toqquşması haqqında" Azərbaycan Respublikasının qanun layihəsi ölkənin hüquq sistemində keyfiyyətcə yeni və strateji bir mərhələnin başlanğıcından xəbər verir. Layihə dövlət və yerli özünüidarəetmə orqanlarında, public hüquqi şəxslərdə, bələdiyyə və dövlət mülkiyyətində olan müəssisələrdə çalışan vəzifəli şəxslərin fəaliyyətini vahid, sistemli və müasir etik-hüquqi çərçivəyə salmağı hədəfləyir. Layihənin əsas mahiyyəti təkcə baş vermiş hüquq pozuntularını cəzalandırmaqdan ibarət deyil, ilk növbədə, şəxsi maraqlarla dövlət və ya ictimai maraqlar arasında yarana biləcək ziddiyyətləri öncədən müəyyən edən və neytrallaşdıran çevik preventiv mexanizmlər sisteminin qurulmasıdır. Sənədin ən üstün cəhətlərindən biri maraqlar toqquşması anlayışına kompleks və dərin yanaşmadır. 

Deputatın fikrincə, Qanun layihəsində yalnız "real" maraqlar toqquşması deyil, eyni zamanda gələcəkdə baş verə biləcək "potensial" və ictimaiyyət gözündə qərəzsizliyə kölgə salan "təəssürat yaradan" maraqlar toqquşması anlayışlarının daxil edilməsi milli qanunvericilik üçün mühüm yenilikdir. Şəxsi maraq dairəsinin yalnız vəzifəli şəxsin özü və ya yaxın qohumları ilə mahdudlaşdırılmayıb, "digər yaxınlar", benefisiar mülkiyyətçilər və maliyyə öhdəliyi olan fiziki və hüquqi şəxslər hesabına genişləndirilməsi qanunsuz imtiyaz və ya üstünlüklərin dolayısı yollarla əldə edilməsi imkanlarını tamamilə bağlayır. Bu yanaşma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və GRECO kimi beynəlxalq qurumların mütərəqqi standartlarına tam uyğundur. Qanun layihəsində müəyyən edilən məhdudiyyət və qadağalar dövlət qulluğunun nüfuzunu və bitərəfliyini qorumağa yönəlib. 

Vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının, insayder məlumatlarından istifadə edərək maliyyə mənfəəti götürməsinin, dövlət satınalmalarında və bələdiyyə sifarişlərində özlərinin və ya yaxınlarının iştirakını təmin etməsinin qadağan olunması azad rəqabət mühitinin formalaşmasına böyük töhfə verəcəkdir. Xüsusilə diqqət çəkən məqamlardan biri də vəzifəli şəxsin tutduğu vəzifədən azad olunduqdan sonra 2 il müddətində əvvəllər nəzarət etdiyi və ya müqavilə bağladığı özəl subyektlərdə işə düzəlməsinə və ya üçüncü şəxslərin nümayəndəsi olmasına tətbiq edilən məhdudiyyətdir. 

K.Bayramov qeyd edib ki, bu norma vəzifə səlahiyyətlərindən gələcək şəxsi karyera və ya biznes maraqları üçün istifadə olunmasının qarşısını alan etibarlı sipər rolunu oynayacaqdır. Həmçinin hədiyyə alma, sadə qonaqpərvərlikdən istifadə və ianə qəbulu ilə bağlı daxil edilən sərt tənzimləmələr institusional şəffaflığı yeni səviyyəyə qaldırır. İanələrin yalnız xüsusi rəy və yazılı razılıq əsasında qəbul edilməsi, ianə hesabına işçilərə mükafat və ya ödənişlərin verilməsinin qadağan edilməsi və hər il yanvar ayında ianələr barədə ictimaiyyətə açıq hesabatın verilməsi tələbi dövlət qurumlarının ianə adı altında gizli təsir altına düşməsi riskini sıfıra endirir. İdarəetmə mexanizmləri baxımından layihə çoxpilləli və işlək bir model təklif edir. Vəzifəyə təyin olunarkən və hər il aprel ayının 15-dək şəxsi maraqlar haqqında bəyannamənin təqdim edilməsi, risklərin erkən mərhələdə qiymətləndirilməsinə imkan verəcəkdir. Eyni zamanda, vəzifəli şəxslərin qeyri-müəyyən və ya etik baxımdan şübhəli vəziyyətlərdə konfidensiallıq və anonimlik zəmanəti ilə yazılı məsləhət almaq hüququnun müəyyən edilməsi hüquqi müəyyənlik mühiti yaradır və məmurları qanunsuzluqdan qoruyur. 

“Bu Qanunun qəbul edilməsi Azərbaycanın gələcək inkişafı üçün müstəsna dividendlər vəd edir. İlk növbədə, dövlət idarəçiliyində keyfiyyətcə yeni etik mədəniyyət formalaşacaq, vəzifəli şəxslərə olan ictimai etimad nəzərəçarpan dərəcədə artacaqdır. İkincisi, şəffaflığın və ədalətli rəqabətin təmin olunması ölkənin biznes və investisiya mühitini daha da cazibədar edəcək, Dünya Bankı, Dünya İqtisadi Forumu və digər mötəbər beynəlxalq təşkilatların qlobal reytinqlərində Azərbaycanın mövqelərini köklü şəkildə möhkəmləndirəcəkdir. Bununla yanaşı, bu layihə dövlət resurslarının daha səmərəli idarə olunmasına, korrupsiyanın sistemli şəkildə minimuma endirilməsinə və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinə xidmət edən səmərəli bir addımdır”-deyə, deputat vurğulayıb.

Müşfiq MİRZƏ

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri