Icma.az
close
up
RU
Bronxit. Risk faktorları və əlamətlər

Bronxit. Risk faktorları və əlamətlər

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Bronxlar – “bronxial ağac” adlanan, şaxələnmiş şəkildə olan müxtəlif diametrli borular şəbəkəsindən ibarət olub, udulan havanı ağ ciyərlərə çatdırmaq vəzifəsini daşıyır.

Bronxit xəstəliyi zamanı bronx divarlarının daxili selikli qişası iltihablaşaraq şişkinləşir.

Əksər hallarda bronxit, kəskin respirator virus infeksiyası və ya qripp xəstəliyinin fəsadı kimi inkişaf edir. Bronxit xəstəliyinin yaranma riskini artıran faktorlar əsasən aşağıdakılardır:

- siqaret çəkilməsi (siqaret çəkənlərlə bir otaqda olaraq “passiv” şəkildə siqaret çəkmək də buna aiddir);

- müxtəlif xəstəliklər, tam keyfiyyətli şəkildə qidalanmamaq, bədənin tez-tez və həddən artıq soyuması və s. səbəblərdən immun sisteminin zəifləməsi;

- Bundan başqa bronxit - bronxa allergenin daxil olması nəticəsində (allergik bronxit) və ya kəskin toksik maddələrin təsiri nəticəsində (toksik bronxit) də yarana bilər.

Bronxitin əlamətləri:

- Bronxitin əsas əlaməti öskürəkdir. Əvvəlcə, adətən, öskürək quru və tutmaşəkilli olur, sonra öskürək vaxtı selikli, selikli-irinli, bəzən isə qan izləri də olan (bu, pis əlamət olub xəstəliyin ağırlaşmasına dəlalət edir) bəlğəm ifraz olunur. Daha sonra xəstəlik daha da ağırlaşa bilər ki, bu zaman bronxların selikli qişası şişir, bronxlarda selik toplanır, təngnəfəslik başlayır – nəfəs vermə çətinləşir və uzanır, nəfəs verərkən quru, fit səsli xırıltılar eşidilir.

- Bronxit zamanı hərarət ya normadan yuxarı qalxmır, ya da subfebril (37-38C) rəqəmlərə qədər yüksəlir.

Bronxitin ilkin əlamətləri yaranan kimi, heç bir halda özünümüalicə ilə məşğul olmayaraq tez bir zamanda həkimə müraciət etmək lazımdır. Əks halda xəstəliyin fəsadı inkişaf edə bilər(pnevmoniya, plevrit). Bundan başqa, müalicə olunmayan və ya düzgün müalicə olunmayan bronxit xəstəliyi xroniki bronxitə və ya bronxial astmaya da keçə bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 06:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri