Icma.az
close
up
RU
Uşaqlarda bronxit

Uşaqlarda bronxit

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Bronxitin əsas əlamətləri - öskürək və çoxlu miqdarda bəlğəm ifraz olunmasıdır. Öskürək bəlğəmi tənəffüs yollarına itələyərək bronxları ondan təmizləyir.

Bəzən bəlğəm o qədər çox və qatı olur ki, öskürək bronxları ondan təmizləyə bilmir. Bronxitlər üçün hərarətin yüksəlməsi və intoksikasiya kimi əlamətlər xarakterik deyil. Xəstəliyin müalicəsi ilə yalnız həkim məşğul olmalıdır. Qətiyyən özfəaliyyətlə məşğul olmayın! Düzgün aparılmayan müalicə bəzi hallarda hətta xəstəliyin özündən də zərərlidir.

Bronxitlə xəstələnmiş uşağın yataq otağı təmiz yığışdırılmalı və havası tez-tez dəyişdirilməlidir. Ona çoxlu miqdarda ilıq maye vermək lazımdır (bəlğəmin yumşaldılması məqsədilə). Yuxuqabağı uşağın ayaqlarını isti vannaya qoymaq, sinə nahiyəsinə xardal kağızlarının düzülməsi (“qorçiçnik”), kürək (kürəklərarası və kürəkaltı nahiyələrə) və sinə (ürək nahiyəsindən başqa) nahiyələrinə tibbi bankalar qoyulması bronxitin müalicəsinə yaxşı kömək edir. İstənilən qızdırıcı proseduralardan (banka, xardal, vannalar) sonra uşağı mütləq soyuqdan qorumaq lazımdır! Bütün bu proseduraları yuxuqabağı dövrdə etmək məsləhət görülür.

Xalq təbabəti üsulları kimi, öskürək zamanı turp şirəsi və bal qarışdırılmış ilıq süd (yuxuqabağı süd içən uşaq daha rahat yuxuya gedir) içilməsi xeyirli hesab edilir. Ağ turpu xırda hissəciklərə doğrayaraq üzərinə şəkər tozu səpin, 12 saat müddətində otaq temperaturunda saxladıqdan sonra ayrılan şirəni uşağa 1 xörək qaşığı ilə hər 2 saatdan bir içizdirmək lazımdır.

Broxitin səbəblərindən biri də otaq tozu və bitki mənşəli tozlara və s. faktorlara qarşı olan allergiyadır. Belə bronxitlər allergik bronxit adlandırılır. Belə uşaqların müalicəsi LOR (qulaq-burun-boğaz) həkimləri və allerqoloqlar tərəfindən birgə aparılmalıdır.

Bronxiti mütləq mükəmməl şəkildə müalicə etmək lazımdır. Əks halda, bu xəstəlik uşaqlarda tənəffüs orqanlarının ən qorxulu xəstəliyi olan pnevmoniyaya keçə bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see419

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see332

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see331

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see266

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see262

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see230

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see208

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see204

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see201

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see194

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see181

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see178

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see178

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see170

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see168

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see165

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see164

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see162

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri