Icma.az
close
up
RU
Gizli təhlükə bronxit

Gizli təhlükə bronxit

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xroniki bronxit bronxial asmanın inkişafına təkan verə bilər

Bəzən yeni doğulan korpələrdə vaxtında aşkarlanmayan soyuqdəymələr müşahidə olunur. Onun qarşısı vaxtında alınmayanda isə bu, daha da ağır xəstəlik olan bronxial astmaya qədər gedir.
Bronxlar udulan havanı ağ ciyərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır. Uyğun olaraq, bronxit - bronx divarları selikli qişasının iltihabıdır. Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər, lakin o, çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var.
Pediatr Xatirə İsayevanın sözlərinə görə, körpələrin dünyaya gəldiyi gündən qat-qat geyindirilib isti saxlanması, qırx günlüyündən sonra isə ani soyundurulma və hava gəzintiləri körpələrin çox tez soyuqlamasına səbəb olur. Bu soyuqlamanı ilkin mərhələdə göstərməyən bədən ağırlaşdığı halda burun tutulmaları, fısıltılar ilə aşkarlanmağa başlayır. Bu mərhələdə artıq valideyn ayıq-sayıq olmalı və mütləq pediatrla məsləhətləşməlidir: "Bu gün aylıq müayinəyə gətirilən körpələrin 90%-i soyuqlama ilə gəlir. Bəzən valideynlər deyir ki, körpəm çox ağlağandır, qucaqda sakitləşir və yatır. Ana bilmir ki, onun körpəsi üşüyür və qucaq ona daha isti olduğu üçün rahat yuxuya gedir. Körpə birinci dəfə isti qucaq gördüyündən daha sonra üşümə qorxusu ilə daim qucaq tələb edir. Analar bilməlidir ki, narahatlığı olmayan körpə üçün öz yatağı və ya qucağın heç bir fərqi yoxdur. Üşüyən uşaqlar tez bir zamanda soyuqlayır və ilk simptom olaraq burnu tutulur. Təəssüf ki, analar buna reaksiya vermir və adi burun tutulması sonradan bronxların kəsgin soyuqlamasına gətirib çıxarır".
Pediatr deyir ki, ilkin mərhələdə maz və antibiotiklə sağaldılmağa çalışılan körpə digər günlər qızdırma və ağır öskürəkdən əziyyət çəkməyə davam edərsə, artıq ikinci mərhələ - inqalyasiya gərəkli olur. Bəzən valideynlər az dozalı antibiotiklərin körpəyə verilməsinə qarşı olur və həkimdən xəbərsiz antibiotik qəbulunu dayandırır. Vəziyyət ağırlaşdıqdan sonra yenidən həkim qəbuluna gələn körpəyə artıq antobiotik iynələrinin vurulması vacib olur. Bu səbəbdən pediatrların göstərişini yerinə yetirməkdə fayda var: "Yeni doğulan və 6 ayına kimi bronxlardan əziyyət çəkən heç bir körpəyə bəlğəm gətirici məhlul yazılmır. Çünki udqunmağı bacarmayan körpələr gələn bəlğəmi nə uda, nə kənara çıxara bilir və nəticədə boğulma riski ilə üz-üzə qalır. Verilən az dozalı antibiotik məhlullarını içirmək ilkin mərhələdə olduqca faydalı olur. Az doza antibiotiki körpəsinə verməyən ana nəzərə almalıdır ki, ağırlaşmalar halında mütləq antibiotikə yenidən qayıdacaq. Bronxlarda olan yığıntı bədənə, ciyərə enməsi olduqca təhlükəlidir. Belə olan halda dərhal qan analizləri, rentgen, müxtəlif müayinə prosedurları keçirilməlidir".
Soyuqdəyməyə səbəb olan viruslar kəskin bronxitə da səbəb olur. Lakin eyni zamanda qeyri-infeksion bronxitlər də var, hansı ki, siqaret tüstüsünə və digər mənşəli tüstülərə əmələ gəlir.
Doğulduqdan 3-4 yaşına kimi olan uşaqlarda bronxit daha ağır keçir, uşaq gec sağalır və xəstəlik müxtəlif ağırlaşmalar verir. Adətən bronxit kəskin respirator infeksiyası və ya qrip fonunda inkişaf edir. Lakin bir çox hallarda uşaqlarda bronxitin səbəbi allergiya olur.
Bronxitin əsas əlamətləri - öskürək, zökəm, halsızlıqdır. Bronxit adətən yüksək hərarətlə müşayiət olunmur. Əgər öskürək uşaqda yüksək hərarətlə müşayiət olunursa, bu, uşaqlar üçün xüsusilə təhlükəli xəstəlik olan pnevmoniyanın əlaməti ola bilər.
Həmsöhbətimizə görə, xəstəliyin ilk 2-3 günü ərzində öskürək quru və üzücü, daha sonra isə bəlğəmli olur. Bu o deməkdir ki, uşaq sağalmağa doğru gedir. "Bəzi valideynlər belə hesab edir ki, quru öskürək daha yaxşıdır, bəlğəmli isə əksinə, təhlükəlidir. Lakin bu, səhv fikirdir. Bronxitin ilk simptomları meydana çıxdıqda uşağı dərhal pediatra göstərmək lazımdır. Müalicə xəstəliyin ilk əlamətlərində başladıqda, xəstəlik daha tez keçir və fəsadlar vermir. Vaxtında və ya düzgün müalicə olunmayan bronxit xroniki formaya keçə bilər, bronxitin fonunda pnevmoniya inkişaf edə bilər. Xroniki bronxit bronxial asmanın inkişafına təkan verə bilər". 
Ekspress.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri