Rubl kəskin dəyər itirir Sanksiyalar Rusiyanı iqtisadi böhrana sürükləyir
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Forex” beynəlxalq valyuta bazarında dollar məzənnəsi 105,2 rubla qədər artıb.
“AzPolitika” xəbər verir ki, Amerika valyutası 2022-ci ildən bəri ilk dəfə bu səviyyəyə çatıb. Avro və yuanın məzənnəsi də artaraq müvafiq olaraq 110,6 rubl və 14,5 rubl arasında dəyişir.
Çərşənbə axşamı Rusiya Mərkəzi Bankı 2022-ci ildən bəri ilk dəfə dolların kursunun 103 rubldan yuxarı olduğunu təsdiq edib.
Ötən həftə ABŞ Maliyyə Nazirliyi “Qazprombank”, “Dom.RF Bank” və daha 10 rus bankına qarşı sanksiyalar tətbiq edib. Bundan sonra xarici banklar “Qazprombank” tərəfindən verilmiş Çin ödəmə sisteminin kartlarına xidmət göstərməyi dayandırıblar.
Bu ilin oktyabr ayında Mərkəzi Bank uçot dərəcəsini 20 il ərzində maksimum səviyyəyə qaldıraraq 21 faiz olduğunu açıqlayıb. Bu, ardıcıl olaraq verilmiş üçüncü qərardı. Məzənnənin artması iqtisadiyyat və əhali üçün kreditlərin dəyərini artırır və öz növbəsində inflyasiyanın azalmasına səbəb olan iqtisadi böyüməni azaldır.
Noyabr ayının əvvəlində Mərkəzi Bankının sədri Elvira Nabiullina sərt pul siyasətinə keçmək məcburiyyətində qaldığını və bunun Rusiya iqtisadiyyatı üçün yeni bir vəziyyət olduğunu etiraf edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















