Brüssel Rusiyanın səkkiz media orqanının yayımını dayandırıb
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Brüssel Moskvaya qarşı 16-cı sanksiyalar paketi çərçivəsində Rusiyanın səkkiz media orqanının Avropa İttifaqı ərazisində yayım lisenziyasının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının mətbuat xidmətinin bəyanatında deyilir.
“Avropa İttifaqı Şurası bu gün Rusiya rəhbərliyinin daimi nəzarətində olan səkkiz media orqanının yayım lisenziyasının dayandırılması barədə qərar qəbul edib”, - deyə sənəddə bildirilir.
Sanksiyalar “Fondsk.ru”, “Lenta.ru”, “News Front”, “RuBaltic”, “SouthFront”, Strateji Mədəniyyət Fondu, “EADaily” xəbər agentlik və portallarına və “Zvezda” telekanalına aiddir.
Lakin məhdudlaşdırıcı tədbirlər həmin media orqanlarının və onların əməkdaşlarının Avropa İttifaqında araşdırma və müsahibələr aparması kimi fəaliyyətlərini qadağan etmir.
Baxış sayı:128
Bu xəbər 24 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















