Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Brüssel “müstəqillik” arzusundadır

Brüssel “müstəqillik” arzusundadır

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aİ özünün “nüvə çətiri”ni yaratmaq istəsə...

ABŞ-dan kənar müdafiə sistemi - Fransa qitəni öz ətrafında birləşdirir?

Avropanın hərbi güc potensialı Qərb kontingentinin ümumi təhlükəsizlik balansı ilə müqayisədə ciddi disproporsiya təşkil edir. Formal olaraq Qərb təhlükəsizlik arxitekturasının mühüm tərkib hissəsi sayılsa da, Avropa faktiki olaraq bu sistem daxilində ikinci dərəcəli rol oynayır. Bunun əsas səbəbi isə Qərbin əsas müdafiə rıçaqı hesab edilən NATO çərçivəsində real hərbi-siyasi qərarların verilməsinin və icrasının ABŞ-ın dominantlığı altında həyata keçirilməsidir. Avropa ölkələri isə əksər hallarda bu mexanizmdə icraçı və qismən maliyyə yükünü daşıyan tərəf kimi çıxış edir.

Paralel olaraq, müasir hərbi texnologiyalar və müdafiə mexanizmləri sahəsində də Avropanın geri qalması problemin dərinləşdiyini göstərir. Raketdən müdafiə sistemləri, strateji hava üstünlüyü, süni intellektə əsaslanan hərbi texnologiyalar və kiber təhlükəsizlik sahələrində ABŞ və digər böyük güclər Avropanı xeyli qabaqlayır. Məhz bu reallıqlar fonunda “Avropa ordusu”, “müstəqil müdafiə sistemi” kimi anlayışlar son illərdə qitə siyasətində daha tez-tez səslənməyə başlayıb. Avropa artıq anlayır ki, formalaşmaqda olan yeni dünya nizamında böyük güc mərkəzlərinin maraqları üst-üstə düşməyə də bilər və bu halda təhlükəsizlik zəmanətləri sual altına düşür. Qrenlandiya ətrafında yaranan müzakirələr bu amilin real olduğunu açıq şəkildə nümayiş etdirdi.

Nüvə faktoru və Avropanın təhlükəsizlik dilemması

Müasir qlobal təhlükəsizlik mühitində əsas hərbi təhdid amili kimi nüvə potensialı ön plana çıxır. Böyük güclər arasında balansı müəyyən edən əsas rıçaq məhz strateji nüvə silahlarıdır və bu kontekstdə Qərbin əsas dayağı dəyişməz olaraq qalır - bu, ABŞ-dır. Vaşinqton bu gün dünyada ən böyük nüvə başlığı arsenalına sahib dövlətlərdən biri kimi qlobal təhlükəsizlik proseslərinə faktiki dominantlıq edir.

Avropa İttifaqı ölkələri isə demək olar ki, nüvə silahına malik deyil və mövcud nüvə potensialı əsasən Fransa ilə məhdudlaşır. Bu isə qitənin ümumi müdafiə konsepsiyasını zəiflədir və onu ABŞ-ın nüvə çətiri altına sığınmağa məcbur edir. Belə bir vəziyyətdə Avropanın müstəqil qərarvermə imkanları avtomatik olaraq məhdudlaşır. Çünki strateji təhlükəsizlik məsələlərində son söz Vaşinqtonun əlində cəmlənir.

Fransanın “nüvə dominantlığı” arzusu...

Almaniya daha çox ABŞ-la koordinasiyalı təhlükəsizlik modelinə üstünlük verir - bu da təsadüfi deyil. 15 mart 1991-ci ildə qüvvəyə minən Almaniyaya dair Yekun Razılaşma haqqında Müqavilənin üçüncü bəndinə əsasən, Almaniya Federativ Respublikası atom, bioloji və kimyəvi silahların istehsalından, saxlanmasından və utilizasiyasından imtina edib. 1991-ci ilin iyun ayının sonuna qədər SSRİ bütün hərbi nüvə komponentlərini keçmiş ADR ərazisindən çıxarıb. Lakin ABŞ-ın nüvə silahları NATO-nun potensial düşmənlərə qarşı strateji çəkindirmə konsepsiyasının bir hissəsi olaraq keçmiş ADR ərazisində qalır. Təsdiqlənməmiş məlumatlara görə, Bühel aviabazasında 20-yə qədər Amerika nüvə başlığı yerləşir. 2010-cu ilin mart ayında Bundestaq üzvləri hökumətə Amerika nüvə silahlarının Almaniya ərazisindən çıxarılması ilə bağlı Vaşinqtonla danışıqlar aparmaq üçün mandat vermək üçün səs çoxluğu ilə səs verdilər. Lakin həmin vaxt Almaniya kabineti NATO tərəfdaşlarının razılığı olmadan birtərəfli tədbir görməyəcəyini elan etdi.

Fransa isə Avropanın müstəqil hərbi gücə çevrilməsində israrlıdır. Bu ziddiyyətlər “Avropa ordusu” ideyasının real mexanizmə çevrilməsini çətinləşdirir. Nəticədə Avropa bir tərəfdən qlobal təhdidlərin artdığını görür, digər tərəfdən isə daxili uzlaşma çatışmazlığı səbəbindən vahid və effektiv müdafiə strategiyası formalaşdıra bilmir. Bu isə qitəni yeni dünya nizamında daha kövrək və asılı vəziyyətdə saxlayır.

Qeyd edək ki, 2025-ci ilin mart ayında Fransa prezidenti Emmanuel Makron həmvətənlərinə müraciətində Avropa ölkələrini Fransanın nüvə silahının himayəsi altına qəbul etmək imkanı ilə bağlı müttəfiqləri ilə müzakirələrə başlayacağını açıqlamışdı. Almaniya, Polşa, Litva və Danimarka bu müzakirəyə açıq olduqlarını bildirmişdilər. Britaniyanın “Financial Times” qəzeti qeyd edib ki, ABŞ-ın Avropadakı müttəfiqləri ABŞ administrasiyasının Rusiya ilə münasibətləri bərpa etmək siyasətinə görə öz “nüvə qalxanı” yaratmaq imkanlarını araşdırırlar.

İşingerdən çağırış...

Bu arada Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger Avropanın NATO-nun nüvə çəkindirmə sistemində daha fəal iştirakının vacibliyini vurğulayıb və Almaniyanın bu məsələdə xüsusi rol oynaya biləcəyini qeyd edib. İşinger bildirib ki, indiyədək əsasən ABŞ-ın üzərində dayanan Şimali Atlantika Alyansının nüvə çətirinə Fransa və Böyük Britaniya əvvəlkindən qat-qat böyük töhfə verə bilər. “Əgər belə bir addım atılsa, bu, ruslar, amerikalılar və çinlilər üçün Avropanın özünü təsdiqi barədə bir siqnal olar”, - deyə o bildirib.

Eyni zamanda Münhen Təhlükəsizlik Konfransının sədri Almaniyanın keçmiş kanslerləri Angela Merkel və Olaf Şoltsu tənqid edib. “Şəxsən mən başa düşmürəm ki, niyə kansler Merkel və ya kansler Şolts öz müşavirlərini və ya Bundesverin baş müfəttişini Parisə göndərməyib və deməyib ki, zəhmət olmasa, fransızların təklif etdiklərini ciddi şəkildə araşdırın”, - deyə İşinger vurğulayıb.

Hədəf Vaşinqton deyil, Moskvadır...

“Financial Times” qəzetinin yazdığına görə, Avropanın müdafiə qabiliyyətində ABŞ-a çatması onilliklər çəkəcək. Lakin Brüsselin qeyd etdiyi kimi, əsl məsələ Vaşinqtona deyil, Moskvaya çatmaqdır. Bu, əksər NATO üzvləri üçün olduqca həssas bir mövzu olaraq qalsa da, bəzi Avropa rəsmiləri qitənin təhlükəsizlik arxitekturasının daha aktiv müzakirəsi üçün təkid edirlər - Aİ Müdafiə Komissarı Andrius Kubilius sözügedən qəzetə verdiyi açıqlamada bildirib: “Bizə texniki olaraq ABŞ-ın dəstəyini, sözdə texniki bazanı necə əvəz edəcəyimiz barədə aydın bir strategiya lazımdır. Biz həmçinin müdafiə qabiliyyətimizin ideoloji əsaslarını daha fəal şəkildə müzakirə etməliyik. Biz bunu NATO-nun Avropa sütunu adlandıra bilərik. Bu müzakirələr getdikcə daha intensiv şəkildə aparılmalıdır. İndi bunun üçün ən uyğun zamandır, məhz buna ehtiyacımız var.”

Uzun illər və 1 trilyon...

Təsadüfi deyil ki, Avropa ölkələri ABŞ-ın “qoruyucu çətiri” altından çıxmaq məsələsində sürətli addımlar atmağı planlaşdırırlar. Bir müddət öncə ABŞ-Avropa münasibətlərini müzakirə etmək üçün keçirilən Aİ liderlərinin sammitində 27 ölkə “orta və uzunmüddətli perspektivdə ABŞ-dan asılılığın sistematik şəkildə azaldılması” barədə razılığa gəliblər. Amma bu da vəziyyəti dəyişmir - çünki bu, bütövlükdə Avropanın qərarı olmur. Məsələn Böyük Britaniya Vaşinqtonla yaxın hərbi və kəşfiyyat əlaqələrinə malikdir, nüvə silahlarından çəkindirmə məsələsində də ABŞ-a güvənir. Təsadüfi deyildi ki, NATO-nun Baş katibi Mark Rutte Avropa Parlamentində bildirmişdi ki, “əgər burada kimsə Avropa İttifaqının və ya bütövlükdə Avropanın ABŞ olmadan özünü müdafiə edə biləcəyini düşünürsə, qoy xəyal qursun”.

Statistika da bunu təsdiqləiyr. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun ötən il dərc etdiyi hesabatında bildirilir ki, ABŞ-ın Avropada hərbi mövcudluğunun dəyişdirilməsi (birdəfəlik satınalma xərcləri və avadanlıq üçün) 25 illik əməliyyat xərcləri daxil olmaqla 1 trilyon dollara başa gələcək. Bundan əlavə, ABŞ-ın Avropadakı nüvə çətiri dominantlığının qarşısının alınmasını Britaniya və Fransanın nüvə proqramlarını genişləndirməklə və ya yeni bir platforma hazırlamaqla əvəz etmək ayrıca, genişmiqyaslı bir işdir.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Fevral 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri