Icma.az
close
up
RU
BSU Çinin ali təhsil ocaqları ilə əlaqələrini genişləndirir

BSU Çinin ali təhsil ocaqları ilə əlaqələrini genişləndirir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Pekin, 1 iyun, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin rəhbərliyi ilə nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Çinin nüfuzlu ali təhsil ocaqlarından olan və dünyada xarici dillərin tədrisi üzrə qabaqcıl universitetlər sırasında yer alan Pekin Xarici Dillər Universitetinin (PXDU) rəhbərliyi ilə keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, son illər dövlət başçıları – İlham Əliyev və Si Cinpinin strateji baxışları ilə istiqamətlənən ikitərəfli münasibətlər sürətlə inkişaf edərək, hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, hər iki ölkənin bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığının daha da irəli aparılması və zənginləşdirilməsi üçün imkanlar yaradıb. Bu xüsusda Bakı Slavyan Univesiteti ilə Pekin Xarici Dillər Universiteti arasında dillərin, xüsusən də PXDU-da Azərbaycan dilinin, BSU-da isə Çin dilinin tədrisi sahəsində əməkdaşlıq, o cümlədən müəllim və tələbə mübadiləsinin mümkünlüyü vurğulanıb.

Ötən il Azərbaycana səfərinin məhsuldar keçdiyini qeyd edən prorektor Gao Qanq Azərbaycanda Çin dilinə marağın şahidi olduğunu, təmsil etdiyi universitetin Azərbaycanın bir neçə ali təhsil ocağı, habelə Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq etdiyini bildirib.

Rektor Anar Nağıyev BSU-da tədris olunan dillərin sayının çoxaldılması istiqamətində aparılan işlərdən danışıb, bu sırada Çin dilinin tədrisinin təşkilinə böyük önəm verdiklərini diqqətə çatdırıb. A.Nağıyev tərəflərin müasir texnologiyaların tətbiqi, o cümlədən süni intellekt (AI), ortaq nəşrlərin hazırlanması, yay məktəblərinin təşkili sahəsində də əməkdaşlığın perspektivlərinə toxunub.

Görüşdə BSU PXDU-nun təşəbbüsü ilə yaradılan və 20 ölkədən 40-a yaxın ali təhsil ocağını birləşdirən Xarici Dillər Universitetlərinin Qlobal Alyansına qoşulmağa dəvət olunub. BSU-nun nümayəndə heyəti PXDU-nun Asiya fakültəsinin Azərbaycan dili kafedrasına, habelə süni intellekt və insan dili laboratoriyasına, xarici dil təhsili tədqiqat mərkəzinə baş çəkib.

Çinin pedaqoji ali təhsil üzrə qabaqcıl təhsil ocaqlarından olan Pekin Pedaqoji Universitetində keçirilən görüşdə əməkdaşlıq məsələləri, xüsusən də xarici dillər üzrə pedaqoji təhsilin təşkilinə dair əməkdaşlıq imkanları, müəllim və tələbə mübadiləsi, yay məktəblərinin təşkili, ortaq araşdırma və konfransların təşkili məsələləri müzakirə edilib. Sonra nümayəndə heyəti Pekin Pedaqoji Universitetinin Rəqəmsal təhsil resursları mərkəzi ilə tanış olub.

BSU-nun nümayəndə heyəti Çinin Cıcian əyalətindəki Hucou Pedaqoji Universitetində də olub, əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri