Finlandiyada Dünya Türk Dilləri Ailəsi Gününə həsr olunmuş tədbir keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Stokholm, 11 fevral, Nərgiz Cəfərli, АZƏRTAC
UNESCO tərəfindən Dünya Türk Dilləri Ailəsi Günü kimi təsdiqlənmiş təşəbbüs çərçivəsində Helsinkidə təşkil olunan tədbir türk dillərinin tarixi, elmi və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi hissəsində Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakar, Finlandiya İslam Cəmiyyətinin sədri Gölten Bədrəddin, Qazaxıstan Respublikasının Finlandiyadakı səfiri Azamat Abdraimov və digər rəsmi şəxslər çıxış ediblər.
Tədbirdə, həmçinin, Finlandiya Parlamentinin üzvləri Ville Skinnari və Kimmo Kiljunen iştirak edərək mədəni müxtəlifliyin və beynəlxalq dialoqun əhəmiyyətini vurğulayıblar.
Çıxış edənlər arasında Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova da olub. O, Dünya Türk Dilləri Ailəsi Gününün əhəmiyyətini qeyd edib və bu günün UNESCO tərəfindən təsdiqlənməsinin mədəni müxtəlifliyin qorunmasına xidmət etdiyini vurğulayıb.
Tədbirin bədii hissəsində müxtəlif ölkələri təmsil edən ifaçılar çıxış ediblər. Qazaxıstanlı musiqiçilər milli musiqi alətlərində ifa ediblər. “Tatar Band” qrupunun ifasında isə tatar xalq mahnıları səsləndirilib.
Azərbaycanı təmsil edənlər arasında Helsinki Opera və Balet Teatrının azərbaycanlı pianoçusu Leyli Hüseynova yer alıb. O, Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Qırğızıstanın musiqi əsərlərini ifa edib.
Tədbirdə Finlandiya üzrə koordinator Mona Savojifar “Sarı Gəlin” əsərini səsləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:618
Bu xəbər 11 Fevral 2026 02:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















