Icma.az
close
up
RU
BSU nun rektoru Sədərək rayonunda məktəblilərlə görüşüb

BSU nun rektoru Sədərək rayonunda məktəblilərlə görüşüb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Bakı Slavyan Universitetinin (BSU) və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə BSU-nun “Konstitusiya və Suverenlik İli” tədbirlər planı çərçivəsində Sədərək rayonunun Mədəniyyət Sarayında şagirdlərlə “Yeni dövrün Azərbaycanı” mövzusunda görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib.

Tədbirin açılışında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov bildirib ki, bu görüş gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşmasının və onların gələcək fəaliyyətlərində dövlətçilik prinsiplərinə bağlılığının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

BSU-nun rektoru Anar Nağıyev “Yeni dövrün Azərbaycanı” mövzusunda çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb. O, görüşün əsas məqsədinin Konstitusiya və suverenlik anlayışlarının mahiyyətini izah etmək, tarixi prosesləri araşdırmaq və bu mövzuda geniş müzakirələr aparmaqdan ibarət olduğunu qeyd edib.

Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs edərək, onun rəhbərliyi ilə 1993-cü ildən sonra ölkənin hüquqi bazasının təkmilləşdirilməsi və 1995-ci ildə müstəqil respublikanın ilk Konstitusiyanın qəbul edilməsi prosesindən danışıb. Eyni zamanda, 1978-ci il Konstitusiyasında məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin milli dövlətçiliyin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

A.Nağıyev Azərbaycanın dövlət quruculuğu, Konstitusiyaya dövrün tələblərinə uyğun edilən üç mühüm dəyişiklik və bu dəyişikliklərin ümumxalq referendumu vasitəsilə həyata keçirilməsi barədə geniş məlumat verib. O, xüsusilə 1990-cı illərin əvvəllərində ölkənin qarşılaşdığı çətinliklərə diqqət çəkərək, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin qorunması və güclü dövlət qurulması istiqamətində həyata keçirilən fundamental islahatları bir daha xatırladıb.

Rektor diqqətə çatdırıb ki, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev dövlətin müstəqilliyini və xalqın rifahını hər şeydən üstün tutaraq “Azərbaycanın gələcəyi naminə hər cür fədakarlığa hazıram” prinsipini həyat amalına çevirib. Məhz Ulu Öndərin rəhbərliyi ilə iqtisadi inkişafın təməlini qoyan “Əsrin müqaviləsi” imzalanıb, atəşkəs sazişi imzalanıb, 1995-ci ildə qəbul edilən Konstitusiya isə dövlətçiliyin hüquqi əsaslarını möhkəmləndirib.

Rektor çıxışında Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu və bu ideologiyanın milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərqərar edildiyini, yeni dövrün Azərbaycanının daha böyük uğurlara hədəfləndiyini vurğulayıb.

Tədbirin interaktiv bölməsində şagirdlər fəal iştirak edərək, Konstitusiya və suverenlik mövzularında, eləcə də universitet həyatı, təhsil imkanları və ölkənin inkişaf perspektivləri ilə bağlı onları maraqlandıran sualları ünvanlayaraq geniş fikir mübadiləsi aparıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri