Icma.az
close
up
RU
BSU nun rektoru Qubada məktəblilərlə görüş keçirib

BSU nun rektoru Qubada məktəblilərlə görüş keçirib

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 19-da Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Quba şəhəri Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində yuxarı sinif şagirdləri ilə görüş keçirib. “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil edilən seminarda Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, məktəbin direktoru Sevil Allahverdiyeva və digər qonaqlar iştirak ediblər.

Anar Nağıyev “Yeni dövrün Azərbaycanı” mövzusunda çıxış edərək, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb və BSU-nun bu çərçivədə regionlarda məktəblilərlə maarifləndirici görüşlər keçirməyi planlaşdırdığını bildirib. O, görüşlərin əsas məqsədinin Konstitusiya və suverenlik anlayışlarının mahiyyətini izah etmək, tarixi prosesləri araşdırmaq və bu mövzuda geniş müzakirələr aparmaqdan ibarət olduğunu qeyd edib.

Rektor çıxışında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs edərək, onun rəhbərliyi ilə 1993-cü ildən sonra ölkənin hüquqi bazasının təkmilləşdirilməsi və 1995-ci ildə ilk Konstitusiyanın qəbul edilməsi prosesindən danışıb. Eyni zamanda, 1978-ci il Konstitusiyasında məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin milli dövlətçiliyin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Anar Nağıyev Azərbaycanın dövlət quruculuğu, Konstitusiyaya dövrün tələblərinə uyğun edilən üç mühüm dəyişiklik və bu dəyişikliklərin ümumxalq referendumu vasitəsilə həyata keçirilməsi barədə məlumat verib. O, xüsusilə 1990-cı illərin əvvəllərində ölkənin qarşılaşdığı çətinliklərə diqqət çəkərək, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin qorunması və güclü dövlət qurulması istiqamətində həyata keçirilən fundamental islahatları bir daha şagirdlərə xatırladıb.

Rektor çıxışında Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu və bu ideologiyanın milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərqərar olmasının, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, 2003-cü ildə dövlət başçısının xalqa verdiyi vədlərin ardıcıl şəkildə yerinə yetirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün Azərbaycanının daha böyük uğurlara hədəfləndiyini vurğulayıb.

Görüş zamanı Milli Məclisin deputatı Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov çıxış edərək Konstitusiya və suverenlik mövzularında məzmunlu fikirlər ifadə ediblər. Görüşdə BSU-nun “Gənc məktəbli dostu”, Quba rayonu Mehrab Niftaliyev adına texniki təmayüllü liseyin XI sinif şagirdi, robototexnika sahəsində uğurları ilə seçilən və bir sıra mükafatlara layiq görülən Zamiq Şükürov da öz həmyaşıdlarına qazandığı uğurlar, eləcə də yaradılan təhsil və inkişaf imkanlarından danışıb.

Sonda məktəblilərə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Mart 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri