Icma.az
close
up
RU
BSU nun rektoru Nizami rayonunda “Yeni dövrün Azərbaycanı” mövzusunda məktəblilərlə görüş keçirib

BSU nun rektoru Nizami rayonunda “Yeni dövrün Azərbaycanı” mövzusunda məktəblilərlə görüş keçirib

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Dekabrın 22-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Nizami rayonunda yerləşən 70 nömrəli məktəb- liseyin  yuxarı sinif şagirdləri ilə görüş keçirib. “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil edilən görüşdə Nizami rayonu 70 nömrəli məktəb-liseyin direktoru Kəmalə Rəsulova, uzun illər liseyə rəhbərlik edən  Nazim Qasımov və məktəbin şagirdləri iştirak ediblər.

BSU-nun rektoru Anar Nağıyev məzunu olduğu məktəbdə çıxış etməyin onun üçün böyük məmnunluq və qürur hissi olduğunu bildirib. O Azərbaycanın müstəqillik tarixinin mürəkkəb və taleyüklü mərhələlərinə toxunaraq, müstəqilliyin ilk ilərində ölkənin üzləşdiyi hərbi-siyasi, sosial və iqtisadi çağırışlardan danışıb. Rektor bildirib ki, torpaqlarımızın işğalı, məcburi köçkünlük, təhlükəsizlik problemləri və regionda baş verən geosiyasi proseslər Azərbaycan dövlətçiliyi üçün ciddi sınaq dövrü olub. A.Nağıyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın xilasının və davamlı inkişafının başlanğıcı olub. Atəşkəs haqqında razılığın əldə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması və ilk milli Konstitusiyanın qəbul edilməsi ölkədə sabitliyin, iqtisadi inkişafın və hüquqi dövlət quruculuğunun əsasını qoyub. Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün və vətəndaş hüquqlarının hüquqi təminatı kimi tarixə düşüb.

Rektor çıxışında Ulu Öndərin milli-mənəvi dəyərlərin, ana dilinin, tarix və ədəbiyyatın qorunması istiqamətində gördüyü işləri xüsusi qeyd edib, Azərbaycançılıq ideologiyasının formalaşmasının bu siyasətin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasi xətt uğurla davam etdirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Vətən müharibəsi və ardınca uğurla həyata keçirilən lokal xarekterli antiterror əməliyyatlarının nəticəsində suverenliyin tam təmin edilməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olub. Bu qələbələrin əsas dayaqlarından birinin milli ruhda formalaşmış gənclik olduğunu vurğulayan rektor, Azərbaycan gənclərinin həm döyüş meydanında, həm də elm, təhsil və ictimai həyatda yüksək fəallıq göstərdiyini bildirib.

Çıxışda gənclərin milli ideologiya, tarix, dil və mədəniyyət əsasında tərbiyəsində ailə və məktəbin roluna toxunan rektor müəllimlərin bu prosesdəki əvəzsiz xidmətlərini diqqətə çatdırıb.

Sonda A.Nağıyev Azərbaycanın bu gün Cənubi Qafqaz regionun və Türk dünyasının aparıcı dövlətlərindən birinə çevrildiyini vurğulayaraq, yeni inkişaf mərhələsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məktəb-Liseyin direktoru K. Rəsulova  belə görüşlərin şagirdlər üçün əhəmiyyətli olduğunu bildirib. O çıxışında rektor Anar Nağıyevə gənclərə göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü bildirib.

Məktəb-Liseyə uzun illər rəhbərlik edən N. Qasımov məktəbin məzunu olan ANağıyevi doöma təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu, məzunları ilə fəxr etdiyini bildirib. O çıxışında  xalqımızın tarixin mürəkkəb mərhələlərindən  keçdiyini, Prezidentimiz cənab İlham Əliyevin görkəmli siyasi və dövlət xadimi olduğunu və dövlət başçımızın müdrik, uzaqgörən siyasəti nəticəsində işgaldan azad edilən bölgələrimizə məcburi köçkünlərin qayıdış prosesinin sürətlə həyata keçirildiyini xüsusi vurğulayıb.

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Dekabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri