Icma.az
close
up
RU
BDUda professor Şirməmməd Hüseynovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib AZƏRTAC

BDUda professor Şirməmməd Hüseynovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda Şirməmməd Hüseynovun məzarını ziyarət ediblər. Görkəmli alimin xatirəsi ehtiramla yad olunub. Sonra konfrans iştirakçıları BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasında Şirməmməd Hüseynovun xatirəsinə həsr edilmiş guşə ilə tanış olublar.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, professor Şirməmməd Hüseynov görkəmli mətbuat tədqiqatçısı, nüfuzlu alim, unudulmaz müəllim kimi şərəfli bir ömür yaşayıb. O, öz araşdırmalarına hələ Moskvada aspiranturada oxuduğu illərdən başlayıb və bütün elmi yaradıcılığı boyu milli Azərbaycan mətbuatının tədqiqinə böyük əmək sərf edib: “Professor Şirməmməd Hüseynov böyük bir ənənənin, tarixi missiyanın, “Əkinçi” məktəbinin davamçısı idi. Bu ənənə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranan və formalaşan, klassik mətbuat xadimlərimizin milliliyə, vətənpərvərliyə əsaslanan ənənəsi idi. Şirməmməd müəllimin elmi və publisistik yazıları klassik mətbuat xadimlərimizlə müasir dövrümüz arasında bir körpü rolunu oynayır. Alim həmin dövrün ziyalılarının həyat və yaradıcılığını, milli mətbuat orqanlarımızın fəaliyyətini bizə yeni tərzdə, yeni təqdimatda çatdırır. Həm də sovet dövründə öyrənilməmiş zəngin, maarifçi Azərbaycan mətbuatının materialları ilə tanış edir”.

Rektor diqqətə çatdırıb ki, Şirməmməd Hüseynov bacarıqlı mətbuat tarixçisi olmaqla yanaşı, gözəl pedaqoq idi: “O, əsl müəllim kimi ömrünü müstəqil Azərbaycanın jurnalistlərinin yetişdirilməsinə həsr edib. Şirməmməd müəllimin yüksək şəxsi keyfiyyətləri müəllimliyi ilə vəhdət təşkil edirdi. O, səmimiyyətə, təvazökarlığa, qarşılıqlı hörmətə pedaqoji fəaliyyətində böyük əhəmiyyət verib, tələbələrindən də bunu tələb edib. Məhz Şirməmməd Hüseynov kimi müəllimlərimizin əməyinin nəticəsidir ki, müstəqi Azərbaycan mətbuatı öz tarixi irsinə, “Əkinçi” ənənələrinə söykənərək yenidən formalaşıb, inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan jurnalistikasında milli mətbuatımızın ənənələrini davam etdirən minlərlə jurnalist çalışır, mətbuatın inkişafına töhfə verir. Onun tələbələri, davamçıları zəngin milli mətbuat ənənələrini uğurla inkişaf etdirirlər”.

Sonra professor Şirməmməd Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör böyük alim Şirməmməd Hüseynovun xalqına xidmət edən, tarix yaradan bir journalist və alim olduğunu vurğulayıb. O, Şirməmməd Hüseynovun öz şəxsiyyəti və yaradıcılığı ilə jurnalistika təhsilində yeni yol açdığını bildirib.

Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə bildirib ki, Şirməmməd Hüseynov müasir dövrün çağırışlarına cavab verən, ölkənin ictimai-siyasi mühitinə təsir imkanlarına malik minlərlə jurnalist yetişdirib. Tədqiqatçı kimi tariximizin ən önəmli səhifələrini araşdırıb. Görkəmli alimin müəyyən etdiyi prinsiplər hər bir jurnalist üçün məktəb sayıla bilər.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə qeyd edib ki, Şirməmməd Hüseynov təkcə yazıları ilə deyil, vətəndaşlığı ilə də dərs keçib, nümunə olub. Bu məktəbin yetirmələri görkəmli alimdən həm də cəmiyyəti maarifləndirmək, xalqa xidmət etmək missiyasını öyrəniblər.

“ARB24” telekanalının direktoru Radik İsmayılov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışlarında Şirməmməd Hüseynovun elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, təmənnasız və peşəkarlıqla yerinə yetirdiyini bildirib, xatirələrini bölüşüblər.

Sonda görkəmli alimin qızı, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edərək konfransın təşkilinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Şirməmməd Hüseynov öz xalqını çox sevən, son dərəcə dürüst və təmiz insan idi: “Biz onunla daim qürur duymuşuq və özümüzü Şirməmməd Hüseynovun məsləkdaşı hesab etmişik. Çox sevinirəm ki, atamın yetirmələri, tələbələri də bu yolla gedirlər”.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri