“Bu, 2025 ci ildə dövlət və xalq olaraq əldə etdiyimiz ən böyük uğurdur”
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“2025-ci ilin 8 avqust tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması cari il ərzində dövlət və xalq olaraq əldə etdiyimiz ən böyük uğurdur”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzunmüddətli səyi və qətiyyəti sayəsində əldə edilən bu uğur, bütövlükdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsi baxımından tarixi əhəmiyyətə malikdir:
“Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması sadəcə adıçəkilən dövlətlər arasında sülhün bərqərar edilməsini təmin etmədi. Bu anlaşma, həm də bütün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunub saxlanılmasını üçün ciddi əsas oldu. Azərbaycan diplomatiyası bu tarixi uğuru ilə sübut etdi ki, ölkəmiz sülhün, sabitliyin formalaşmasında maraqlıdır və bunu təmin üçün gərəkli iradə və potensiala malikdir.
Bu baxımdan hesab edirəm ki, 2025-ci ilin ən yaddaqalan hadisəsi Vaşinqtodna sülh mətninin paraflanması oldu. Prezident İlham Əliyev bu uğuru ilə müharibənin qalibi olmaqla qalmadı, həm də öz adını tarixə sülhün müəllifi kimi yazdırdı.
İnanıram ki, Azərbaycanla Ermənistan arasındakı bu sülh uzunmüddətli olacaq və Cənubi Qafqazın inkişafına böyük töhfələr verəcək”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 02 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















