Bu addım Azərbaycanın beynəlxalq nüfuzunun artmasına birbaşa təsir edir
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
"Bu addım Azərbaycanın beynəlxalq nüfuzunun artmasına birbaşa təsir edir".
Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə Azərbaycanın Sülh Şurasında təmsil olunmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Platformada fəal rol, ölkənin yalnız enerji və iqtisadi resursları ilə deyil, diplomatik və humanitar sahələrdə də etibarlı tərəfdaş olduğunu göstərir:
"Bu isə Azərbaycanın qlobal səviyyədə tanınmasını gücləndirir və beynəlxalq platformalarda iştirak imkanlarını genişləndirir. Eyni zamanda, digər dövlətlər üçün Azərbaycanın mövqeyi nümunəvi model kimi təqdim olunur və ölkə üçün yeni dialoq və əməkdaşlıq kanalları açılır.
Nəhayət, yaradıcı üzv statusu regional əməkdaşlıq perspektivlərini də zənginləşdirir. Azərbaycan öz təcrübəsini və təşəbbüslərini platforma vasitəsilə digər ölkələrə təqdim etməklə, Cənubi Qafqaz və Yaxın Şərqdə sülh təşəbbüslərinə töhfə verə bilər. Bu isə uzunmüddətli perspektivdə regional balansın qorunmasına və diplomatik əlaqələrin genişlənməsinə xidmət edir".
Politoloq deyib ki, Azərbaycanın Sülh Şurasına yaradıcı üzv kimi qoşulması, ölkənin qlobal diplomatiyada fəallaşmasının və beynəlxalq nüfuzunun artmasının praktik göstəricisidir:
"Bu addım yalnız iştirak imici yaratmır, həm də ölkəyə sülh təşəbbüslərində aktiv rol oynamaq, region və dünya üzrə diplomatik mövqeyini möhkəmləndirmək, humanitar və iqtisadi əməkdaşlıq imkanlarını artırmaq imkanı verir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən milli həmrəylik
25 Dekabr 2025 15:24
“Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, eləcə də müstəqilliyinin davamlı olmasına xidmət edir” ŞƏRH KONKRET
03 İyul 2025 17:35
Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı
16 Aprel 2025 13:11
“Azərbaycanın sülhməramlı fəaliyyəti ölkənin beynəlxalq nüfuzunun artmasına töhfə verir” DEPUTAT DANIŞDI
23 Fevral 2026 16:58
COP29 Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir
19 Noyabr 2024 11:07
Baxış sayı:103
Bu xəbər 20 Fevral 2026 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















