Icma.az
close
up
RU
“Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, eləcə də müstəqilliyinin davamlı olmasına xidmət edir” ŞƏRH KONKRET

“Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, eləcə də müstəqilliyinin davamlı olmasına xidmət edir” ŞƏRH KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanda insan hüquqlarının müdafiəsi və hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır.

Yaşadığımız mürəkkəb, gərgin olaylarla zəngin olan dünyada proseslər sürətlə bir-birini əvəzləyir. Heç şübhəsiz, bu əvəzləmələr fonunda bəşəriyyətin müasir düzəninə uyğun olaraq yeni meyarlar, dəyərlər və prinsiplər ortaya çıxır. Və istər fərdlər, istərsə də dövlətlər az qala hər gün dəyişən yeni dünyanın tələblərinə uyğunlaşmaq üçün çabalar göstərir. Lakin bütün bu sadalananlara rəğmən həm insanlar, həm də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını hər zaman qoruyub saxlayır. Bəs, ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesi necə inkişaf edib?

Bu suala cavab verməzdən öncə bildirək ki, vətəndaş cəmiyyəti – cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti haqqında təsəvvürlər uzun tarixi təkamül yolu keçib. Onun əlamətləri haqqında ilkin fikirləri Platonun, Aristotelin, Siseronun və digər yunan-Roma mütəfəkkirlərinin əsərlərində görmək olar. Bu ideyaların inkişafı intibah dövründə də davam edib və H.Qrotsinin, T.Hobbun, C.Lokkun, Ş.Monteskyenin əsərlərində öz əksini tapıb. Lakin “vətəndaş cəmiyyəti” termini yalnız XVIII əsrdən indiki mənada istifadə edilməyə başlanıb.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Biz müstəqil Azərbaycan kimi nəhəng bir abidənin təməlini qoyuruq. Onu təkcə bugünkü nəsillər üçün yox, həm də gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə çox şərəfli bir vəzifə düşüb”.

Bu sözləri dahi öndər o zaman demişdi ki, ölkədə vətəndaş müharibəsi və erməni işğalı durdurulmuş, hərbi müxalifət sıradan çıxarılmış və “Əsrin müqaviləsi” yenicə imzalanmışdı. Yəni Azərbaycan dəhşətli konfliktlərdən qurtularaq yeni dövlət ququculuğuna başlayırdı. Təbii ki, müstəqil Azərbaycanın memarı qüdrətli siyasət və idarəetmə qrossmeyestri Heydər Əliyev idi. Ona görə də xalq ona bütün varlığı ilə inanırdı. Bu da təsadüfi deyildi. Dahi Öndər heç zaman dövlətinin və xalqının problemlərinə laqeyd qalmamışdı. Təsadüfi deyil ki, Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə gələndə bəyan etmişdi ki, ömrünün qalan hissəsini xalqına həsr edəcək. Hadisələrin sonrakı inkişafı göstərdi ki, doğrudan da dahi kider öz işıqlı həyatını Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqı üçün əritdi.

Heydər Əliyev çox gözəl bilirdi ki, müstəqil dövlətin Ana Qanunu – Konistitusiyasının hazırlanması həyati əhəmiyyətli bir məsələdir. Ona görə də onun rəhbərliyi altında müstəqil Azərbaycan üçün yeni Konstitusiya hazırlanmağa başlanıldı. Azərbaycan Respublikasının xarici və daxili siyasi prioritetlərinin müəyyənləşdirilməsində müstəsna əhəmiyyətə malik yeni Konstitusiyanın qəbulu vacib idi. Üstəlik, yeni qanunvericilik bazasının və vətəndaş cəmiyyətinin formalaşmasında Ana Qanunun olması şərt idi. Ulu Öndər Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi:

“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən – Əsas Qanun, tarixi sənəd olsun”.

Mövzunu siyasi şərhçi Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında şərh edib:

“Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində mühüm addımlar atılıb. Gənc müstəqil dövlət kimi Azərbaycan son 34 ildə bu sahədə böyük inkişaf yolu keçib. Xüsusilə, 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi dövlət quruculuğunun əsasını qoyub və sonrakı dövrdə bu istiqamətdə atılan addımlar təqdirəlayiq hesab olunur. Hüquqi islahatlar, məhkəmə sisteminin təkmilləşdirilməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması kimi tədbirlər bu prosesin əsasını təşkil edir.

Bununla yanaşı, ölkədə vətəndaş cəmiyyətinin formalaşması da diqqət çəkən proseslərdən biri olub. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti, ictimai birliklərin və ailə institutlarının güclənməsi bu sahədə mühüm rol oynayıb”.

Ekspertin fikrincə, bu istiqamətdə aparılan işlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, eləcə də müstəqilliyinin davamlı olmasına xidmət edir.

“Bununla belə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində hələ də həllini gözləyən bir sıra problemlər qalmaqdadır”.

Politoloq bu prosesin davamlı olmasının vacibliyini vurğulayır və gələcəkdə də bu sahədə islahatların intensivləşdirilməsini zəruri hesab edir.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusuna uyğun olaraq dərc edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 İyul 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri