Icma.az
close
up
RU
Bu ailələrə məktəbli forması pulsuz verilsin TƏKLİF

Bu ailələrə məktəbli forması pulsuz verilsin TƏKLİF

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanda məktəbli formalarının tətbiqi təhsilin təşkilati və estetik tənzimlənməsi baxımından mühüm addım kimi dəyərləndirilir. Məktəbli formasının olması, bir tərəfdən, şagirdlər arasında sosial bərabərlik və intizamın təmin olunmasına xidmət edir, digər tərəfdən, məktəbin daxili nizam-intizamını qoruyur, şagirdləri küçə geyimindən fərqləndirərək təhsil mühitinə uyğunlaşdırır. Lakin bu məqsədlə qəbul edilən normativ hüquqi çərçivənin icrası zamanı praktikada ciddi boşluqlar, sui-istifadə halları və sosial ədalətsizlik müşahidə olunur”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bəzi məktəb rəhbərlərinin konkret mağazaları və ya firmaları “məcburi ünvan” kimi təqdim etməsi həm qanunsuzdur, həm də korrupsiya riski yaradır:

“Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə “Ümumtəhsil məktəblərində məktəbli formalarının nümunələri” təsdiq olunub. Həmin sənəddə məktəbli formasının konkret modeli, rəngi və tərtibatı qeyd edilsə də, bu formaların yalnız müəyyən şirkət və ya konkret satış nöqtəsindən alınmalı olduğu barədə heç bir tələb qoyulmur. Əksinə, forma nümunəsi kimi təqdim edilir və valideynlərin həmin nümunəyə uyğun tikdirməsi və ya alternativ istehsalçıdan alması qanunvericiliyə tam uyğundur”.
Ekspert bildirib ki, formaların satışı məsələsi valideynlər üçün iqtisadi yükə çevrilir:
“2023-cü ildə Bakı və digər iri şəhərlərdə məktəbli formasının ortalama qiyməti 80–120 manat arasında dəyişib. İki və daha artıq məktəbli övladı olan ailələr üçün bu, dərs ləvazimatları və digər xərclərlə birlikdə ciddi maliyyə sıxıntısı yaradır. Əlavə olaraq, bəzi məktəblərdə yalnız “təyin olunmuş” mağazalardan alınan formaların qəbul edilməsi qeyri-rəsmi qaydada təkidlə tələb olunur. Bu isə valideynin bazar seçim azadlığını məhdudlaşdırmaqla yanaşı, bəzən keyfiyyətsiz və baha məhsullara yönləndirir.
Böyük Britaniya, Yaponiya, Sinqapur kimi ölkələrdə məktəbli formaları dövlət və ya məktəb səviyyəsində təchiz olunur, bəzi hallarda isə aztəminatlı ailələr üçün bu geyimlər ya tam pulsuz təqdim edilir, ya da dövlət tərəfindən subsidiyalaşdırılır. Məsələn, İngiltərədə 2022-ci ildə məktəbli formasının qiyməti 150 funt sterlinqi keçdiyi üçün hökumət 5 milyon funt sterlinq dəyərində “School Uniform Grant” proqramı təqdim etdi. Bu proqram vasitəsilə aztəminatlı ailələrə 30–50 funt arasında birbaşa maliyyə yardımı verildi. Finlandiyada isə məktəbli forması məcburi deyil, lakin dövlət məktəblərdə bərabərlik prinsipini qorumaq üçün geyim qaydaları çərçivəsində sadə, standart geyim tərzlərini təşviq edir və geyimə görə ayrı-seçkiliyin qarşısını inzibati yollarla alır”.
Kamran Əsədov həmçinin qeyd edib ki, aşağıgəlirli ailələr üçün məktəbli formasının alınmasında dövlət dəstəyi təmin edilməli, bu məqsədlə sosial yardım paketlərinə “məktəb dəstəyi” adlı əlavə modul daxil edilməlidir:
“Bəzi bələdiyyələr bu təşəbbüsü yerli səviyyədə həyata keçirə bilər, eyni zamanda özəl sektor və ictimai təşkilatlar bu sahədə sosial məsuliyyət layihələrinə cəlb olunmalıdır.Ən vacibi isə, məktəbli forması mövzusu korrupsiya və kommersiya maraqlarının manipulyasiya vasitəsinə çevrilməməli, məktəbin nüfuzundan valideynlərə iqtisadi və inzibati təzyiq vasitəsi kimi istifadə olunmamalıdır. Məktəbli forması uşağın təhsil yolunda tənzimləyici vasitədir, maneə deyil”.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyun 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri