Icma.az
close
up
RU
Bu ailələrə məktəbli forması pulsuz ola bilər valideynlərə müjdə KONKRET

Bu ailələrə məktəbli forması pulsuz ola bilər valideynlərə müjdə KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni tədris ilinə hələ iki aydan artıq vaxt qalsa da, valideynlər artıq məktəb alış-verişinin planını qurmağa başlayıblar. Xüsusilə məktəbli formalarının qiymətinin artıb-artmayacağı və bu xərclərin ailə büdcəsinə təsiri ən çox müzakirə olunan məsələlərdəndir. Bəs gələcəkdə məktəbli formalarının şagirdlərə dövlət hesabına, ödənişsiz verilməsi mümkündürmü?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “AzEdu” Təhsil Platformasının icraçı direktoru Elmin Nuri deyib ki, yeni tədris ili başlamazdan öncə məktəbli formaları gündəmə gəlir:

“Media, sosial şəbəkələr və ictimaiyyət bu mövzunu geniş müzakirə edir. Sonra heç bir əsaslı həll olmadan məsələ yenə əvvəlki vəziyyətində qalır və təhsildəki çoxsaylı problemlər arasında unudulur. Artıq bir neçə ildir eyni mənzərəni müşahidə edirik. Bəs nə etmək lazımdır? Əgər məktəbli formalarının alınması həqiqətən ciddi sosial problemdirsə, dövlət tərəfindən təmin edilməməsi ailələrin büdcəsinə ciddi yük yaradırsa, bu mövzu daha geniş müzakirə edilməli, konkret həll yolları hazırlanmalı və birdəfəlik qərar verilməlidir. Yox, əgər problem hesab olunmursa və biz hər il sentyabrda bu məsələni müzakirə edib sonra unuduruqsa, deməli, eyni söhbəti təkrarlamağın da mənası yoxdur”.

Ekspert hesab edir ki, təhsildə bu qədər mühüm problemlər olduğu halda, məktəbli formaları məsələsinin hər il eyni şəkildə gündəmə gətirilməsi artıq nəticə vermir:

“Amma digər tərəfdən də qəbul etməliyik ki, bu məsələ cəmiyyət tərəfindən müzakirə olunursa, deməli, problemdir. Bəli, bəzi ailələr üçün iki-üç uşağa məktəbli forması almaq çətinlik yaratmaya bilər. Amma elə ailələr də var ki, onlar üçün 35-50 manat belə ciddi məbləğdir. Belə ailələrin sayı isə az deyil. Kiminsə bu məsələyə istehza ilə yanaşması doğru deyil. Ola bilsin ki, bir insan üçün bu məbləğ adi bir xərclə müqayisə olunsun, amma başqa bir ailə üçün həmin pul bir həftəlik dolanışıq deməkdir. Reallıq budur”. E.Nuri düşünür ki, dövlət məktəbli formalarının təmin olunması istiqamətində gələcəkdə addımlar ata bilər:

“Dünyada bunun uğurlu nümunələri var. Təsəvvür edin, Cənubi Koreyada və ya digər inkişaf etmiş ölkələrdə hər yeni tədris ili ərəfəsində məktəbli forması problemi ölkə gündəminə çevrilirmi? Əlbəttə ki, yox. Bir çox ölkələrdə dövlət məktəblərində hər şagird üçün “məktəbli paketi” hazırlanır. Buraya məktəb ləvazimatları, dərs üçün zəruri vasitələr daxildir. Hətta bəzi ölkələrdə hər bir şagirdə planşet belə dövlət tərəfindən təqdim edilir. Etiraf etmək lazımdır ki, Azərbaycanda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Yeni məktəblər tikilir, liseylər və təhsil mərkəzləri yaradılır, rəqəmsal təhsil genişləndirilir. İnanıram ki, vaxt keçdikcə bu istiqamətdə də addımlar atılacaq. Amma bu işdə təkcə dövlətdən gözləmək də doğru deyil. Cəmiyyət olaraq biz də dəstək verməliyik”.

Elmin Nuri deyib ki, imkanlı şəxslər məktəbli formasının təşkilində dəstək göstərə bilərlər:

“Sahibkarlar, şirkətlər, müxtəlif qurumlar sosial məsuliyyət layihələri həyata keçirə bilərlər. Məsələn, “Qardaşlaşmış məktəb” layihəsi yaradıla bilər. Hər bir müəssisə bir məktəblə əməkdaşlıq edər, həmin məktəbdə maddi imkanı zəif olan şagirdlərin məktəbli forması, çantası və digər ləvazimatlarını təmin edər. İnanın, bundan nə dövlət uduzar, nə sahibkar, nə də cəmiyyət. Əksinə, uşaqlar üçün böyük motivasiya yaranar, sosial həmrəylik güclənər və hər yeni dərs ili ərəfəsində eyni problemi müzakirə etmək məcburiyyətində qalmarıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyul 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri