Icma.az
close
up
RU
Bu artımlar da yanvarın 1dən hesablanacaq Deputat açıqladı

Bu artımlar da yanvarın 1dən hesablanacaq Deputat açıqladı

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Nazilər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib.
Turkustan.az-ın məlumatına görə, deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu barədə fikirlərini açıqlayıb. İqtisadçı deputat qeyd edib ki, minimum əmək haqqının bu ilin yanvarın 1-dən etibarın 400 manata çatdırılması ilə bağlı olaraq VTC pilləri üzrə də maaş artımları həyata keçirilib: “Bununla da həmin vətəndaşlarımızın aylıq tarif (vəzifə) maaşları artırılıb.

Son qərara əsasən, dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımız üçün yeni aylıq vəzifə maaş məbləğləri müəyyənləşib: 1-ci pillə üzrə maaşlar 345 manatdan 400 manata, 2-ci üzrə 359 manat 416 manata, 3-cü üzrə 371 manatdan 433 manata, 4-cü üzrə 389 manatdan 450 manata, 5-cü üzrə 406 manatdan 470 manata, 6-cı üzrə 422 manatdan 490 manata, 7-cü üzrə 441 manatdan 510 manata, 8-cü üzrə 458 manatdan 530 manata, 9-cü üzrə 478 manatdan 550 manata, 10-cü üzrə 497 manatdan 575 manata, 11-cü üzrə 518 manatdan 600 manata, 12-cü üzrə 538 manatdan 625 manata, 13-cü üzrə 560 manatdan 650 manata, 14-cü üzrə 584 manatdan 675 manata, 15-cü üzrə 607 manatdan 700 manata, 16-cı üzrə 632 manatdan 730 manata, 17-cü üzrə 694 manatadan 760 manata, 18-cü üzrə 833 manatdan 870 manata və nəhayət sonuncu pillə üzrə 1125 manatdan 1150 manatadək artırılıb”.

V.Bayramov bildirib ki, göründüyü kimi, dövlət idarələrində çalışıb VTC-nin ilk pillələri üzrə maaş alan vətəndaşlarımızın maaşları orta hesabla 15 faiz artılıb: “Aşağı pillələrdə daha yüksək əmək haqqı artımlarının həyata keçirilməsi VTC-də pillər arası maaş fərqlərini də xeyili dərəcədə azaldılıb.

Yeni qərarla 400 mindən artıq vətəndaşımızın maaşları artırıldı. Qeyd edək ki, minimum əmək haqqının artırılması ilə bağlı olaraq mövcud qanunvericiliyə əsasən Nazirlər Kabineti də həmin vətəndaşlarımızın əmək haqqlarının artırılması ilə bağlı qərar verir. Bu artımlar da yanvarın 1-dən hesablanacaq. Yəni, həmin vətəndaşlarımız artıq yanvar ayının maaşını artırılmış məbləğ ilə alacaqlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Yanvar 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri