Icma.az
close
up
RU
“Bu artıq təkcə hücum deyil, sistemli terror strategiyasıdır“ Zelenski

“Bu artıq təkcə hücum deyil, sistemli terror strategiyasıdır“ Zelenski

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Rusiyanın Ukraynaya növbəti hücumu nəticəsində ölənlər və yaralananlar var..."

Rusiyanın 29 noyabrdan etibarən Kiyev vilayətinə ardıcıl dron hücumları nəticəsində Vışqorod şəhərində faciə yaşanıb. 

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

Gecə hücumu və dağıntılar

Məlumatda deyilir ki, gecə saatlarında "Shahed" tipli dronların zərbəsi ilə çoxmərtəbəli yaşayış binasında böyük yanğın baş verib. İlkin məlumatlara görə, ölən var, xilasetmə işləri isə bir neçə saat davam edib.

Kiyev vilayət administrasiyasının rəhbəri Nikolay Kalaşnikin sözlərinə görə, hazırda məlum olan rəqəmlər belədir: 19 nəfər yaralanıb, onlardan 4-ü uşaqlardır, 11 nəfər isə xəstəxanaya yerləşdirilib. Təəssüf ki, bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Kalaşnik bildirib ki, yalnız bir bina deyil, iki çoxmərtəbəli yaşayış binası, 14 fərdi ev, bir müəssisə və ən azı yeddi avtomobil zədələnib. Şəhərdəki "Naberejnıy" bazarı, avtoyuyucu və yol örtüyü də dağıntılar arasındadır. Bu arada 146 sakin təxliyə olunub, psixoloqlar və xilasetmə xidmətləri hadisə yerində işləyir.

Əlaqədar hücumlar və genişmiqyaslı zərbələr

Son hücum tək bir hadisə deyil, artıq bir neçə gecədir ki, Kiyev vilayəti dron atəşinə məruz qalır. Zelenski bildirib ki, yalnız bu gecə Ukrayna şəhərlərinə 122 dron və 2 ballistik raket atılıb. Prezidentin sözlərinə görə, bu həftə ərzində Ukrayna ərazisinə təxminən 1400 kamikadze dron, 1100 idarəolunan aviasiya bombası və 66 raket endirilib.

Zelenski belə hücumların artıq gündəlik hala çevrildiyini qeyd edib və əlavə edib: "Bu gecə Vışqorodda bir insan həyatını itirib, uşaqlar da daxil olmaqla çoxlu xəsarət alan var. Dnepr, Xarkov, Odessa, Sumı və Xerson vilayətlərində də yaralananlar var".

Zelenskidən çağırış

Bundan əvvəlki gecə də hücumlar nəticəsində Kiyev və ətraf bölgələrdə enerji infrastrukturuna ciddi ziyan dəyib, yüz minlərlə insan işıqsız qalıb. Zelenskinin çağırış edib: "Bu artıq təkcə hücum deyil, sistemli terror strategiyasıdır. Müharibəni dayandırmaq üçün qərarlar lazımdır".

Ukrayna prezidenti bildirib ki, təhlükəsizliyin təmin edilməsi üçün yalnız hava hücumundan müdafiə sistemlərinin (HHM) gücləndirilməsi kifayət deyil, həm də beynəlxalq səviyyədə real siyasi addımlar atılmalıdır:

"Raketlər, HHM sistemləri lazımdır. Eyni zamanda tərəfdaşlarla birlikdə müharibəni bitirəcək etibarlı qərarlara ehtiyac var". Bu hücumlar fonunda Ukraynada vəziyyət gərgin olaraq qalır. Xilasetmə işləri davam edir və yaralıların sayının arta biləcəyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri