Icma.az
close
up
RU
“Bu, yeni strateji əməkdaşlıq strategiyasıdır”

“Bu, yeni strateji əməkdaşlıq strategiyasıdır”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Laçına səfər edən Türkiyə və Pakistan liderləri bir daha hər zaman Azərbaycanın yanında olduğunu nümayiş etdirdilər. Ölkəmizin Türkiyə və Pakistanla daha da dərinləşən münasibətləri bir daha təsdiq edir ki, Azərbaycan xarici siyasətdə qardaşlıq və strateji əməkdaşlıq modelinə üstünlük verir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

O qeyd edib ki, bir-birinə yaxın dost və qardaş olan 3 dövlət beynəlxalq platformalarda, eləcə də ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər:

“Ölkələr arasında ticarət dövriyyəsinin daha da artırılması əsas hədəflərdəndir. 2024-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard 130 milyon dollar olub. Bu rəqəm 2023-cü ildə 7 milyard 650 milyon dollar, 2022-cü ildə 5 milyard 842 milyon dollar və eləcə də 2021-ci ildə 4 milyard 661 milyon dollar olmuşdur. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır”.

“Azərbaycan ilə Pakistan arasındakı iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün ciddi potensial var. 2023-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsində əvvəlki ilə nisbətən cüzi dəyişiklik olsa da 2021-ci il ilə müqayisədə dövriyyə 2.3 dəfə artıb. 2021-ci ildə 11.7 milyon dollar olan ticarət dövriyyəmiz 2023-cü ildə 27 milyon dollaradək yüksəlib. Pakistanla ticarət dövriyyəsinin 2 milyard dollaradək artırılması əsas hədəflərdəndir.

Bu o deməkdir ki, Azərbaycan iki qardaş dövlət olan Türkiyə və Pakistan ilə ticarət dövriyyəsini yaxın illərdə 17 milyard dollaradək artırmağı hədəfləyir. Bu, yeni strateji əməkdaşlıq strategiyasıdır”, - deputat bildirib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 May 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see418

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see267

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see258

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see257

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see254

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see242

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see238

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see236

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see233

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see228

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see226

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see222

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see218

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see216

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see214

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see213

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see208

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see202

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see199

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri