Icma.az
close
up
RU
Bu avtomobillər üçün sürücülük vəsiqəsi tələb olunmur Məsuliyyəti şirkət daşıyır

Bu avtomobillər üçün sürücülük vəsiqəsi tələb olunmur Məsuliyyəti şirkət daşıyır

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sürücüsüz avtomobillər (avtonom avtomobillər) müasir texnologiyanın ən maraqlı sahələrindən biridir və gələcəyin nəqliyyatını formalaşdırmaq potensialına malikdir. Bu avtomobillər insan müdaxiləsi olmadan hərəkət etmək üçün inkişaf etmiş sensorlar, süni zəka (AI), GPS və kompüter alqoritmlərindən istifadə edirlər. Dünyanın bir çox yerində bu avtomobillərdən istifadə olunur.

Maraqlıdır, bəs həmin maşınlar Azərbaycana gəlsə, sahiblərindən sürücülük vəsiqəsi tələb olunacaqmı?  Dünya təcrübəsində məsələyə yanaşma necədir?

Yol hərəkəti təhlükəsizliyi mütəxəssisi Arzu Kürsüm Babazadə “Yeni Sabah”a mövzu ilə bağlı danışaraq, suallara aydınlıq gətirib:

“Sürücülük vəsiqəsi istənilən halda, lazımdır. Bu, sürücünün savadını təsdiq edən sənəddir. Avtomobilin imkanlarını təsdiqləyən sənəd deyil. Avtonom avtomobil sükan arxasında sürücü olsa da, onun müdaxiləsi olmadan hərəkətə keçən avtomobillərdir.

Bir də ümumiyyətlə, sürücüsüz olan avtomobillər var. Onun üçün insana ehtiyac yoxdur. Avtonom avtomobillərin isə bir problemi var. Onların gözləri alın şüşəsinin sağ və sol küncünə quraşdırılan kameralardır. Bəzən günəş şüaları o kameralara təsir edir. Bunun nəticəsində avtomobil idarəni itirir. Bir də elektrikli avtomobillər də belə bir təhlükə var ki, onun qazı ilişəndə daha faciəvi qəzalar olur”.  

Ekspert belə avtomobillərin qəza törətmə ehtimalından və hadisənin məsuliyyəti kimin daşıyacağından da söz açıb:

“Hər kəsi bir sual maraqlandırır ki, sürücüsüz avtomobillər hadisə törədərsə, bu zaman kim məsuliyyət daşımalıdır? Belə olanda məsuliyyət həmin avtomobili icad edərək yollara göndərən mühəndisin və şirkətin üzərində qalacaq. Bu, istisnasız belə olacaq. Çünki onu insan idarə etmir. Ona görə də yol nişanları görüb tanımalı və buna uyğun hesablamalar etməlidir. Əgər mühəndis onu icad edəndən sonra yola buraxırsa, bütün bunları nəzərə almalıdır. Qəza şəraitində də onun heç bir təhlükəsinin olmadığını iddia edən mühəndis və şirkət cavabdeh olmalıdır. Başqa cür ola bilməz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see131

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see125

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see118

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see114

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri