Icma.az
close
up
RU
Övladlarınız TƏHLÜKƏDƏ: Bu oyunlar...

Övladlarınız TƏHLÜKƏDƏ: Bu oyunlar...

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Müasir dövrdə azyaşlı uşaqlar üçün hazırlanan oyun növlərinin əksəriyyətində zorakılıq, şiddət amilləri yüksək həddədir. Belə oyunlar uşaqların psixoloji vəziyyətlərinə mənfi təsir göstərirlər.

Yenisabah.az xəbər verir ki, psixoloq Aytən Ələkbərova Ajans.az-a söyləyib ki, 30-40 il bundan əvvəl yayımlanan cizgi filmləri, oyunlar uşaq psixologiyasını inkişaf etdirirdi. Uşaqlar onları izlədikcə zehnində maraqlı suallar yaranırdı. Bu da yaxşı və ya pis insanı bir-birindən ayırmağa azyaşlılara kömək edirdi. Lakin son vaxtlar uşaqlarda şiddət, zorakılıq meyillərinin artması son 15 il ərzində kompüter oyunlarının üzərinə düşür. 

Psixoloq bildirib ki, uşağın aqressiya meyarını ölçərək onun baxdığı filmləri, oyunları müəyyən etmək olar. Bəzi oyunlar məhz azyaşlılarda insani duyğuları öldürür. Orada yer alan oğurluq, insan bədəninə xəsarət, şiddət, zorakılıq, qanların axması qəddarlığa bir nümunədir. Əvvəllər film, cizgi filmləri, oyunlarda müsbət obraz daha qabarıq idi. Uşaqlar da onu özünə kumir seçirdi. İndi isə tərsinədir. 

“ İndiki oyunların böyük faizində ölüm qalib gəlir. Mənfi obraz hamının həyatına son qoyur. Onu oynayan uşaq da insanların ölümünü “qələbə” kimi başa düşür. Nəticədə həmin uşağın gələcəkdə oğru, quldur, qatil, cinayətkar olması şübhəsizdir.”-deyə, psixoloq deyib. 

Aytən Ələkbərova qeyd edib ki, belə oyunların sahiblərinin məqsədi  külli miqdarda pullar qazanmaq və uşaqların psixologiyasında travmalar yaratmaqdır. Pullar sahibkarları xoşbəxt etdiyi üçün vətəndaş taleyi onlara maraqlı olmur. Nəticədə zövqlərə mənfi təsirlər artır. Bu da aqressiyanın artmasına, baş verə biləcək çətinliklərdə fiziki zorakılığın təşviqinə səbəb ola bilir. 

Əvvəllər məktəblərdə kriminal aləmi dəstəkləyən bir və ya ən uzağı şagird olardısa, indi belə uşaqların sayı çoxalır. Şagirdlər arasında davalara meyillilik, cinayət hallarının artması buna misaldır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyun 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri