Icma.az
close
up
RU
ABŞ əsgərlərini geri çəkəcəkmi?

ABŞ əsgərlərini geri çəkəcəkmi?

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şimal Alyansının şərq cinahı narahatdır

Ukrayna cəbhəsində yeni situasiyanın formalaşması NATO-nun şərq cinahını narahat etməkdədir. Belə ki, UKraynanın iyunun 1-də həyata keçirdiyi dron hücumları müharibəni yeni fazaya keçirə bilər. Bu isə, Rusiya ilə yaxın ərazilərdə yerləşən NATO-nun şərq qolu ölkələri üçün siqnala çevrilir. Təsadüfi deyil ki, “Buxarest doqquzluğu” ölkələrinin (Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiya) və NATO-nun şimal ölkələrinin (Danimarka, İsveç, Norveç, Finlandiya və İslandiya) təhlükəsizlik məsələləri üzrə geniştərkibli sammitinin keçirildiyi Vilnüsdə yekun mətbuat konfransında çıxış edən NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ Şimali Atlantika Alyansının şərq cinahında Amerika hərbi mövcudluğunu azaltmaq niyyətində deyil. O qeyd edib ki, daim iki sualla - “ABŞ alyansın üzvü kimi hələ də kollektiv təhlükəsizliklə bağlı öhdəliklərinə sadiq qalırmı?” və “ABŞ qəfildən qoşunlarını çıxarmayacaq ki?” sualları ilə qarşılaşır. “ABŞ NATO Nizamnaməsinin 5-ci maddəsi (kollektiv müdafiə haqqında - red.) üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edir. Qoşunların çıxarılmasına gəlincə, buna dəlalət edən heç bir əlamət yoxdur”, - Rutte cavabında söyləyib.

Polşa Prezidenti Anjey Duda qeyd edib ki, son aylarda onun ABŞ Prezidenti Donald Tramp və komandası ilə bir neçə dəfə danışmaq imkanı olub. “ABŞ-ın NATO-nun şərq cinahından qoşunları çıxarmaq niyyəti barədə heç bir məlumat yoxdur”, - Duda vurğulayıb.

Litva Prezidenti Gitanas Nauseda isə vurğulayıb ki, ABŞ hərbçilərinin regionda olması kollektiv təhlükəsizliyin mühüm amilidir. “Ümid edirik ki, NATO-nun Haaqa sammiti bizə müsbət xəbərlər gətirəcək”, - Nauseda ABŞ qoşunlarının mümkün ixtisarı ilə bağlı şayiələri şərh edib.

Şərq cinahı...

Vurğulanmalıdır ki, NATO-nun şərq cinahı (Eastern Flank) - Alyansın Rusiya ilə sərhəddə və ya onun yaxınlığında yerləşən üzv ölkələrini əhatə edir. Bu bölgə NATO-nun təhlükəsizlik baxımından xüsusi diqqət yetirdiyi sahələrdəndir. NATO-nun şərq cinahına daxil olan ölkələr əsasən Şərqi və Mərkəzi Avropada yerləşir. Bu ölkələrin siyahısına Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan daxildir. Çexiya və Sloveniya da bəzən bu qrupa aid edilir - region ölkəsi olan Xorvatiya isə ənənəvi olaraq cənub-şərq cinahında yer alır. Əlavə olaraq, Türkiyə də NATO-nun cənub-şərq cinahında yer alsa da, coğrafi və strateji baxımdan tez-tez şərq cinahı ilə əlaqələndirilir. Bu ölkələrin əksəriyyəti 2014-cü ildə Krımın ilhaqından sonra NATO-nun “çevik müdafiə” strategiyasının əsas hissəsi olublar. Alyans bu bölgələrdə əlaqələndirilmiş qüvvələr (enhanced Forward Presence - eFP) yerləşdirib, Polşa və Baltik ölkələrində isə daimi rotasiya ilə hərbi kontingent saxlanılır.

Regiondakı NATO qüvvələri...

Bölgədəki Alyansa tabe şəxsi heyətə gəlinc, ABŞ-ın NATO-nun şərq cinahındakı hərbi iştirakı son illərdə əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin əvvəlinə olan məlumata görə, ABŞ-ın Avropada ümumilikdə təxminən 100 min hərbi qulluqçusu yerləşdirilib. Bunlardan təxminən 20 mini Rusiya ilə sərhəddə yerləşən NATO ölkələrində - xüsusilə Polşa, Rumıniya və Baltikyanı dövlətlərdə yerləşdirilib. Əsas yerləşmələr kimi Polşanı göstərmək olar - ABŞ-ın NATO-nun şərq cinahında ən böyük hərbi iştirakı məhz buradadır.  Polşada təxminən 10 min ABŞ əsgəri yerləşir. Rumıniyada isə bu say 4 min civarındadır. Baltikyanı ölkələrdə (Estoniya, Latviya, Litva) isə rotasiya əsasında hərbi qüvvələr yerləşdirir və NATO-nun çoxmillətli batalyon qruplarına aid olunur.  Slovakiya, Macarıstan və Bolqarıstanda da ABŞ hərbi qüvvələri rotasiya əsasında yerləşdirilir. Bir müddət öncə yayılan məlumatlarda bildirilirdi ki, ABŞ NATO-nun şərq cinahında hərbi mövcudluğunu artırmaq üçün infrastruktur və logistika imkanlarını genişləndirmək niyyətindədir.

Hansı dövlət nə qədər ayırır...

Artıq uzun müddətdir ki, ABŞ-ın NATO-ya münasibətdə yeni xətt yürütməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Burada əsas diqqətçəkən məqam Vaşinqtonun Avropa kontingentinin NATO-nun maliyyələşməsindəki iştirakından narazı olmasıdır. Belə ki, Prezident Tramp Şimal Alyansının maliyyələşməsinin ən mühüm yükünün məhz ABŞ-ın üzərinə düşməsini ədalətli hesab etmir - bununla bağlı yekdil fikir isə maliyyələşmənin ölkələrin ÜDM-nin 5 faizi nisbətində olmasıdır.

Qeyd edək ki, NATO-nun şərq cinahında yerləşən üzv ölkələr son illərdə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıblar.  Bu artım, Rusiya ilə sərhəddə yerləşmələri və regional təhlükəsizlik risklərinin artması ilə də əlaqələndirilir. Bəlli olduğu kimi, NATO-nun ümumi büdcəsi əsasən iki hissədən ibarətdir:

-Birgə NATO büdcəsi: Bu, Alyansın ümumi fəaliyyətlərini (məsələn, qərargahların saxlanması, təlimlər və texniki infrastruktur) maliyyələşdirir.  Üzv ölkələr bu büdcəyə əvvəlcədən müəyyən edilmiş kvotalar əsasında töhfə verirlər.

-Milli müdafiə xərcləri: Hər bir üzv ölkə öz milli müdafiə büdcəsini müəyyən edir və NATO-nun tövsiyəsinə əsasən, bu xərclərin ÜDM-in ən azı 2 faizini təşkil etməsi məqsədəuyğundur.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) məlumatına görə, şərq cinahı ölkələrinin 2024-cü ildə müvafiq maliyələşmələrdə iştirakına baxsaq:

- Polşa müdafiə xərclərində 4, 12, NATO büdcəsinə töhfədə isə 2,99 faiz;

- Rumıniya     2,25; 1,23;

- Macarıstan   2,11; 0.76;

- Slovakiya     2; 0,52,

- Bolqarıstan 2,04; 0,37;

- Çexiya 2,1; 1,06;

- Estoniya 3,43; 0.12;

- Latviya 3,15; 0,16;

- Litva 2,85; 0,26 faiz təşkil edir.

Göründüyü kimi, 2024-cü ildə yalnız Polşa ÜDM-in 4,1 faizini müdafiəyə ayıraraq NATO-da bu göstərici üzrə lider olub. Estoniya, Latviya və Litva kimi Baltikyanı ölkələr də müdafiə xərclərini əvvəlki dövrlərə nisbətdə əhəmiyyətli dərəcədə artırıblar. Bolqarıstan isə ilk dəfə olaraq NATO-nun 2 faiz hədəfini keçərək 2,04 faiz səviyyəsinə çatıb. Bu artımlar, NATO-nun şərq cinahında yerləşən ölkələrin regional təhlükəsizlik risklərinə qarşı daha hazırlıqlı olma səylərinin bir hissəsi kimi xarakterizə olunur.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see394

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see314

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see248

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see247

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see229

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see219

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see217

BET Awards 2026: Los Ancelesdə qırmızı xalının ən parlaq obrazları (FOTOLAR)

29 İyun 2026 15:01see212

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see211

Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ

29 İyun 2026 11:07see208

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see207

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see198

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see192

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see191

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see187

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see185

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see181

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see172

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see163

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri