Icma.az
close
up
RU
Bu avtomobilləri alanlara bəd xəbər: YOLDA QALA BİLƏRSİNİZ

Bu avtomobilləri alanlara bəd xəbər: YOLDA QALA BİLƏRSİNİZ

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Elektrikli avtomobillər son illərdə texnologiya və avtomobil sənayesində ən sürətlə inkişaf edən sahələrdən biridir. Onlar daxili yanma mühərrikləri ilə işləyən avtomobillərdən fərqli olaraq, enerji mənbəyi kimi elektrik akkumulyatorlarından istifadə edir.

Elektrikli avtomobillər karbon emissiyasını azaldır, çünki onlar birbaşa olaraq yanacaq yandırmır. Bu, havanın çirklənməsinin və qlobal istiləşmənin qarşısını almaqda mühüm rol oynayır. Bu cəhətdən faydalı sayılan elektromobillərin zərərli tərəfinin olduğu da iddia edilir. Bu səbəbdən elektromobil almaq istəyənlər üçün sözügedən məsələ sual doğurur.

Bəs bu avtomobillərin mənfi cəhətləri nədir?

Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu “Yeni Sabah”a şərh edərkən bir sıra məqamları diqqətə çatdırıb:

“Elektrikli avtomobillərlə bağlı dünyada müxtəlif proseslər gedir. Əsas üstünlük alıcılardadır. Onlar həmişə qənaət rejiminə üstünlük verir, daha az xərcləmək istəyirlər. Ancaq bir müddət keçdikdən sonra elektrikli avtomobillərin elə bir detalı sıradan çıxır ki, onu tapmaq, almaq, təmir etdirmək müşkülə çevrilir. Bu cür maşın alan adam artıq suallarla yaşamalı olur. Çünki elektromobillər yenilikdir. Onların yaxşı cəhətləri ilə yanaşı, mənfiləri də mövcuddur. Belə ki, bu avtomobillərdə alışma riski var, ehtiyat hissələri bahadır, servis, usta xidməti tapmaq çətindir. Elektromobillərin ustası hər yerdə tapılmır. Alıcılar fikirləşməsin ki, ucqar bir yerdə, dağ başında avtomobilə nə isə olarsa, ona dərhal usta tapılsın”.

Ekspert elektromobillərin digər bir problemindən də söz açıb:

“Elektromobillər tam şarj olunduğu təqdirdə 400 kilometr yol getməlidir. Soyuq havalarda isə bu rəqəm 200 kilometrə qədər enir. Bu cür risklər var və insanlar buna hazır olmalıdır. Sözügedən problem keçən il ölkəmizdə özünü büruzə verdi. Çünki bu vasitələrdən istifadə edən dostlarımız həmin məsələdən şikayətlənirdilər. Bu cür durumlara öyrəşməliyik, çünki illər lazımdır ki, həmin avtomobillərlə bağlı bütün detallar yerinə otursun”.

E.Muradlı qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, ənənəvi avtomobillərdən elektromobillərə keçid də lazımdır:

“Biz dünyamızı qorumalıyıq, ətraf mühitin qayğısına qalmalıyıq. Qlobal istiləşmə ilə bağlı problemlər artıq qapımızdadır. Bu avtomobillərin yayılmasından danışmaq daha yaxşıdır. Ancaq reallıq baxımından da qüsurları gözardı etmək mümkün deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Dekabr 2024 01:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri