Icma.az
close
up
RU
Bu avtomobilləri ancaq rəsmi dilerlərdən əldə edin KONKRET

Bu avtomobilləri ancaq rəsmi dilerlərdən əldə edin KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son həftələrdə Çindən Azərbaycana avtomobil daşınma qiymətləri təxminən iki dəfəyə qədər artıb. Maraqlıdır, daşınma qiymətlərinin artması yerli avtomobil bazarında hansı dəyişikliklərə səbəb olacaq?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, qiymət artımının arxasında bir neçə paralel amil dayanır.

“Hər ilin sonunda logistika sahəsində ümumi sıxlıq yaranır və daşımaya tələbatın yüksəlməsi nəticəsində qiymətlər artır. Bu il isə vəziyyət daha mürəkkəbdir, çünki həm ilin sonu faktoru var, həm də Çinin özü yeni qaydalar tətbiq edir”.

Ekspert qeyd edib ki, gələn ildən etibarən istismar müddəti 6 ayı keçməmiş avtomobillərin Çin ərazisindən çıxarılmasına məhdudiyyət qoyulur. Bu dəyişiklik səbəbindən Çindən təkcə Azərbaycana yox, Rusiyaya, Qazaxıstana və digər ölkələrə böyük həcmdə avtomobil ixracı artır, nəticədə Çin limanlarında ciddi yüklənmə yaranıb.

Bundan əlavə, Çində elektrik və hibrid avtomobillərlə bağlı bəzi subsidiyaların müddəti başa çatır.

“Bu da daxili bazarda sürətli satışa və paralel olaraq ixracda artıma səbəb olub. Üstəlik, yanvarın 1-dən etibarən ölkəmizdə hibrid və elektrik avtomobilləri üçün tətbiq olunan güzəştlərin bitməsi həm alıcıları, həm də dileri tələsdirir. Eyni zamanda bazarda paralel idxal vasitəsilə gətirilən avtomobillərin qiymətinin artması da müşahidə olunur”.

Eyyub Əliyev bildirib ki, bütün bu amillər resultativ şəkildə logistika xərclərini artırıb:

“Bu səbəblər qiymət artımına gətirib çıxarır. Bu qiymət artımı da sözsüz ki, bazardakı qiymətlərin yüksəlməsinə birbaşa təsir edəcək”. Rəsmi dilerlərdə isə hazırda heç bir qiymət artımı müşahidə edilmir.

Nəticə olaraq, Çindən daşınma xərclərinin yüksəlməsi yerli avtomobil bazarında qiymətlərin artmasına, xüsusən Çin istehsalı olan modellərin bahalaşmasına səbəb olacaq.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Noyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri