Icma.az
close
up
RU
Bu, Azərbaycan İran münasibətlərinin davamlılığını təmin edir Deputat

Bu, Azərbaycan İran münasibətlərinin davamlılığını təmin edir Deputat

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki qonşu ölkə arasında münasibətlərin dərin tarixi köklərə, etibarlı dostluq və tərəfdaşlığa əsaslandığını bir daha təsdiqləyir. Keçirilən görüşlər, imzalanan çoxsaylı sənədlər, səsləndirilən bəyanatlar bu səfəri təkcə diplomatik hadisə deyil, həm də regional geosiyasətin mühüm amili kimi ön plana çıxarır". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Deputatın sözlərinə görə, iki ölkə arasında münasibətlər əsrlərlə formalaşmış ortaq mədəniyyət və tarixi ənənələr üzərində qurulub.

"İki xalqın tarix boyunca bir-biri ilə sıx təmasda olması, ortaq sivilizasiya dəyərləri yaratması və mənəvi bağlılıqları dövlətlərin bugünkü diplomatik münasibətlərinə də dərin təsir göstərir. Məhz bu zəngin tarixi və mənəvi irs əsasında ölkələrarası münasibətlər suverenliyə hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. 

Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq iki ölkənin strateji yaxınlığını və siyasi koordinasiyasını əks etdirir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər nüfuzlu qurumlar daxilində dövlətlər bir-birinin mövqeyini dəstəkləməklə həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də regional və qlobal məsələlərdə ümumi baxışların formalaşmasına töhfə verirlər.  İki ölkə arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi regional və qlobal səviyyədə nəqliyyat-logistika imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. 

Rəsmi görüşlərdə siyasi dialoqla yanaşı, iqtisadi, ticarət, nəqliyyat, energetika, mədəniyyət və media sahələrində əməkdaşlığın dərinləşdirilməsi əsas müzakirə mövzuları olub. Tərəflər bu sahələrdə qarşılıqlı maraqları əsas götürərək əməkdaşlığın genişləndirilməsində qərarlı olduqlarını ifadə ediblər. Səfər çərçivəsində imzalanmış beş mühüm sənəd, o cümlədən siyasi məsləhətləşmələr və mədəni mübadilə proqramları, dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması, nəqliyyat və media sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumları ölkələr arasında çoxşaxəli əlaqələrin institusional əsaslar üzərində inkişafına xidmət edəcək. Azərbaycan və İran arasında formalaşan geniş hüquqi baza ikitərəfli münasibətlərin ardıcıl, sabit və uzunmüddətli inkişafına möhkəm zəmin yaradır. İndiyədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb ki, bu da əməkdaşlığın sistemli şəkildə qurulmasına, tərəflər arasında qarşılıqlı öhdəliklərin və hüquqi mexanizmlərin aydın şəkildə müəyyən edilməsinə imkan verir. Bu mexanizmlər vasitəsilə ticarət, nəqliyyat, energetika, sərhəd təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, turizm və humanitar sahələr üzrə konkret layihələr və fəaliyyət istiqamətləri razılaşdırılır. Hüquqi və institusional çərçivənin güclü olması Azərbaycan-İran münasibətlərinin davamlılığını və proqnozlaşdırıla bilməsini təmin edən əsas amillərdəndir.

Beləliklə, bu səfər Azərbaycan-İran münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İmzalanmış sənədlər, müzakirə olunan layihələr və səsləndirilən fikirlər iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir". 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 Aprel 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri