Icma.az
close
up
RU
İran Azərbaycan münasibətləri mühüm əhəmiyyət kəsb edir Deputat

İran Azərbaycan münasibətləri mühüm əhəmiyyət kəsb edir Deputat

Icma.az, Unikal.az saytına istinadən bildirir.

“Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə  münasibətlər xüsusi yer tutur. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar Ermənistan istisna olmaqla, dövlətimiz bütün qonşuları ilə geniş siyasi, iqtisadi, mədəni əlaqələrə malikdir. Ölkəmiz hər zaman öz qonşuları ilə əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində siyasət aparır. Yerləşdiyimiz Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Xüsusilə, yeni siyasi-iqtisadi reallıqlar regonal əməkdaşlığın inkişafına böyük töhfələr verir.  Bu mənada, İran İslam Respublikasının da Azərbaycanla əlaqələrinin daha da yüksəldilməsi istiqamətində aparılan siyasət əhəmiyyət kəsb edir”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, yeni dövr üçün isə əlaqələrin yeni mərhələdə inkişafına ehtiyac duyulur və bu, hər iki ölkə üçün olduqca böyük dividendlər vəd edir. İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Bakıya rəsmi səfəri çərçivəsində mətbuata bəyanat zamanı Prezident İlham Əliyev bildirib ki, “Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”. Öz növbəsində İran Prezidenti də bildirib ki, əldə edilmiş razılaşmalara, imzalanmış sənədlərə əsasən, Prezident İlham Əliyev müəyyən müddət çərçivəsində gələcək üçün strateji planın hazırlanması haqqında müvafiq nazirlərə, məsul şəxslərə göstəriş verib: "Biz də öz tərəfimizdən xarici işlər nazirinə tapşırıq verdik ki, hökumətlə razılaşdırıb, bu addımları davam etdirsin. Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun".
Samir Vəliyev qeyd edib ki, Azərbaycan öz xarici siyasətini konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt üzrə yürüdür. Bu gün Prezident İlham Əliyev tərəfindən dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə alınaraq uğurla həyata keçirilən siyasətdə İranla strateji tərəfdaşlıq xüsusi yer tutur.  İran-Azərbaycan münasibətlərində yaxın qonşuluq, ortaq tarixi və mədəni irs, dəyərlər əsas götürülür. Eyni zamanda, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə qarşı üçüncü  dövlətlərin müdaxiləsi  yolverilməz hesab olunur. Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla hətta sərhəddindən kənarda yerləşən ölkələr üçün də sabitləşdirici faktor kimi çıxış edir. Təsadüfi deyil ki, İranın 12 dövlətlə quru sərhədləri olsa da, ən etibarlı sərhəd Azərbaycanladır. Vətən müharibəsindən sonra, 2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyevin Xudafərinə səfəri və Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması da qonşu ölkə üçün mühüm mesaj idi.

Samir Vəliyev qeyd edib ki, İran Prezidentinin səfəri zamanı keçirilən görüşlərdə təhsil sahəsində də əməkdaşlığın perspektivləri müzakirə mövzusu olub. Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin nəticəsi olaraq bu gün hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə, o cümlədən elm və təhsil sahəsində də inkişaf edir. İndiyədək bir sıra ali məktəblər qarşılıqlı olaraq əməkdaşlıq edir. Azərbaycan universitetlərində iranlı tələbələr təhsil alır, elm, təhsil sahəsində təcrübə mübadiləsi aparılır və s. Gələcəkdə təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi hər iki ölkə üçün faydalıdır. Çünki elm və təhsildə yeniliklər, innovasiyalar bütün cəmiyyətlər üçün faydalıdır. Bu baxımdan, qarşılıqlı əməkdaşlıq Azərbaycan və İran üçün əhəmiyyətlidir.
“Bütövlükdə, İran Prezidentinin ölkəmizə səfəri zamanı dövlət başçılarının mesajları, imzalanan sənədlər əlaqələrin daha da inkişafı edəcəyini deməyə əsas verir. Yəni, əlaqələrin möhkəmləndirilməsi üçün tarixi imkan yaranıb. Düşünürəm ki, hər iki ölkə bu tarixi imkandan istifadə edərək qonşuluq əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirəcək”,-deyə deputat vurğulayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri