Icma.az
close
up
RU
Bu, Azərbaycan İtaliya münasibətlərinin əsasını təşkil edir Deputat

Bu, Azərbaycan İtaliya münasibətlərinin əsasını təşkil edir Deputat

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Azərbaycan ilə İtaliya arasındakı münasibətlər son onilliklər ərzində davamlı inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr təkcə ikitərəfli müstəvidə deyil, həm də regional və qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir. Sentyabrın 30-da İtaliya Prezidentinin Bakıya rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər bir daha sübut edir ki, iki ölkə arasındakı əməkdaşlıq qarşılıqlı etimada, uzunmüddətli maraqlara və ortaq strateji hədəflərə əsaslanır". 

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, enerji sektoru Azərbaycan–İtaliya münasibətlərinin əsasını təşkil edir.

"Azərbaycan uzun illərdir ki, İtaliyanın ən böyük neft təchizatçılarından biridir. Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi isə qaz ixracında yeni mərhələni təşkil edir. Bu kəmər vasitəsilə Azərbaycan qazı İtaliyaya, buradan isə digər Avropa ölkələrinə çatdırılır. Həmin amillər bir tərəfdən bu dost ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir, digər tərəfdən Avropa İttifaqının enerji şaxələndirmə siyasətinə töhfə verir. Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Dövlətimizin başçısı vurğulayıb ki, əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Gələcəkdə enerji sahəsində əməkdaşlığın yaşıl enerji və elektrik ixracı istiqamətində genişlənməsi nəzərdə tutulur. Xəzər dənizi hövzəsində qurulacaq külək və günəş elektrik stansiyaları vasitəsilə hasil ediləcək enerji xüsusi kabel xətləri ilə Avropaya çatdırılacaq. Bu amillər Azərbaycanın Avropanın enerji bazarında yalnız ənənəvi resursların deyil, həm də alternativ enerjinin mühüm təchizatçısına çevrilməsinə şərait yaradacaq.

Azərbaycan–İtaliya münasibətlərinin mühüm istiqamətlərindən biri humanitar və mədəni əməkdaşlıqdır. İtaliya zəngin mədəni irsə malikdir və dünya sivilizasiyasına bəxş etdiyi incəsənət, memarlıq, musiqi və kino nümunələri ilə seçilir. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəniyyəti və incəsənəti ilə İtaliya cəmiyyətində böyük maraq doğurur. Müxtəlif sərgilər, musiqi festivalları, kino günləri və qarşılıqlı mədəniyyət tədbirləri xalqlar arasında mənəvi yaxınlığı artırır, iki ölkənin dostluq münasibətlərini daha da gücləndirir.

Bu əməkdaşlığın ən mühüm nəticələrindən biri də İtaliya–Azərbaycan Universitetinin yaradılmasıdır. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali məktəbi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında əməkdaşlıq əsasında qurulan bu elm ocağı təhsil sahəsində yeni imkanlar açır. Hazırda yüzlərlə tələbə burada müasir biliklərə yiyələnir, elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarında təhsil alır. Universitet yalnız bilik mərkəzi deyil, həm də gələcək nəsillərin dostluq və tərəfdaşlıq ruhunda formalaşmasına xidmət edən bir mədəni körpüdür.

 Azərbaycan–İtaliya münasibətləri Avropada və regionda sabitlik, enerji təhlükəsizliyi və mədəni inteqrasiya baxımından mühüm əməkdaşlıq modelidir. Enerji sahəsində etibarlı tərəfdaşlıq, iqtisadi əlaqələrin genişlənməsi, humanitar təşəbbüslər və təhsil layihələri bu strateji tərəfdaşlığı daha da dərinləşdirir. Dövlətlərarası münasibətlər gələcək nəsillərə yönəlik dayanıqlı strateji əməkdaşlıq yolunu müəyyənləşdirir".  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri